Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Putinin Qarabağ PLANI, Osmanlı mirası üçün III Dünya Müharibəsi... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Putinin Qarabağ PLANI, Osmanlı mirası üçün III Dünya Müharibəsi... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Date: 7 October 2016 20:03

Aprel ayının əvvəlindəki “dördgünlük müharibə”dən sonra Dağlıq Qarabağ münaqişəsinin sürətli həlli ilə bağlı yaranan ümidlər getdikcə yoxa çıxır. Rusiya-Qərb münasibətlərinin gərginləşdiyi bir vaxtda “III Dünya Müharibəsi” müzakirələri yenidən aktuallaşıb. İraqda isə regional toqquşma riskləri artır.

Qarabağ bu il qaytarılacaqdı, lakin... – Kremlin "sözçüsü"

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey Markov deyib ki, bu il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi.

Onun sözlərinə görə, “Kazan düsturu” əsasında işğal altındakı ərazilərin bir qismi qaytarılacaqdı: “Əvəzində Ermənistan blokadadan çıxacaqdı. Lakin təəssüf ki, bu baş tutmadı”.

Rusiyalı politoloq Azərbaycan Ordusunun güclənməsindən də danışıb.

Qeyd edək ki, “Kazan düsturu” 2011-ci ildə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev tərəfindən irəli sürülüb. Bu plana əsasən işğal altındakı rayonlar qaytarılır, Qarabağın statusu məsələsi həll olunur. Əvəzində, Ermənistan blokadadan çıxır. İyunun 20-də Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən prezidentlərin Sankt-Peterburq görüşündə də bu istiqamətində ciddi razılıqların olduğu deyilirdi. Lakin hazırda danışıqlar prosesi dalana dirənib.

Qarabağda üç mühüm məqam: ermənilər 5 rayonu qaytarır... – Kremlə yaxın politoloq

Ermənistanın “lragir” saytı isə yazıb ki, Azərbaycan və Rusiya Qarabağ münaqişəsi ilə bağlı yeni planlar hazırlayır.

Sayt qeyd edir ki, Con Kerrinin Qarabağla bağlı açıqlaması ABŞ-ın mövcud status-kvonu tanımağa çağırışı kimi qəbul edilməlidir.

“Bu, Azərbaycanda və Rusiyada ciddi narazılığa səbəb oldu. Rusiya Suriyada çətin vəziyyətə düşüb. Moskva hətta “nüvə şantajına” gedir. Rusiya qlobal güclər klubuna qayıtmaq istəyir. Lakin ABŞ inadla buna qarşı çıxır. Görünür, Rusiya Qarabağ vasitəsilə qlobal kluba girmək niyyətindədir. Buna paralel olaraq, rusiyalı politoloqlar ərazilərin Azərbaycana qaytarılması ilə bağlı fikirləri yenidən gündəmə gətirməyə başlayıblar. Rusiya mediası da yazır ki, Qarabağı Azərbaycana qaytarmağa hazırlaşırlar. Bu, faktiki olaraq Rusiya-Azərbaycan əməkdaşlığıdır və Ermənistan burada məğlub tərəfdir”, - deyə məqalədə təşvişlə vurğulanır.

Böyük hücum planı: şəhər üç yerə bölünəcək – Türkiyə Osmanlı mirasını qaytarır

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi üçün keçirilməsi nəzərdə tutulan əməliyyat yaxınlaşdıqca ortaya müxtəlif planlar qoyulur. ABŞ, İraq və İranın planlarında Türkiyə yer almır.

Türkiyənin isə Mosula hücum üçün öz planı var. Başika düşərgəsindəki Türkiyə hərbçiləri əməliyyat üçün Şimali İraq Kürd Muxtariyyəti ilə təmaslarını sıxlaşdırıb. Digər tərəfdən, sünni tayfalar və qruplar vasitəsilə Bağdad və ABŞ üzərində təzyiqi artırırlar. Türkiyə sünni tayfalarını təmsil edən Mosulun keçmiş valisi Asil Nucayfi və ona bağlı “Haşdi Vatani” silahlı qrupun üzərindən Mosul əməliyyatına qatılmaq niyyətindədir.

Böyük hücum planı: şəhər üç yerə bölünəcək – Türkiyə Osmanlı mirasını qaytarır

Türkiyə Mosula hücum üçün böyük əməliyyat planı hazırlayır.

Qərbin təhdid xarakterli bəyanatlarına baxmayaraq, Rusiya Hərbi Kosmik Qüvvələri Suriyadakı sülhməramlı əməliyyatlarının sayını artırılacaq.

Bunu Rusiya parlamentində çıxışı zamanı Dumanın Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski söyləyib. Onun sözlərinə görə, Rusiya getdikcə dünya siyasətində və informasiya məkanında daha pozitiv imic qazanır.

ABŞ iki yeni atom bombasını sınaqdan keçirdi

ABŞ iki yeni atom bombasını sınaqdan keçirib.Bu haqda ABŞ-ın Nüvə Təhlükəsizliyi üzrə Milli İdarəsindən (NNSA) bildirilib.

Müasirləşdirilmiş B61-7 və B61-11 atom bombalarının sınaqları müvəffəqiyyətlə keçib. B-61 bombası əsasında yaradılmış və nüvə döyüş başlıqları olmayan iki döyüş sursatı Nevada ştatında yerləşən Tonopa poliqonunda V-2A bombardmançı-gözəgörünməz təyyarələrdən atılıb.

“Nüvə və III Dünya müharibəsi...” – DƏHŞƏTLİ PROQNOZ

Dünyada birinci “soyuq müharibə” 25 il bundan əvvəl başa çatdı: Berlin divarı yıxıldı, SSRİ dağıldı və Qərb böyük qələbəni bayram etdi. Amma çoxları ehtiyat edirlər ki, Moskva və Vaşinqton arasında ikitərəfli şifahi təhdidlər birbaşa silahlı qarşıdurmaya keçə bilər.

Ukraynanın “Obozrevatel” nəşrinə danışan ekspertlər silahlı qarşıdurma riskinin kifayət qədər böyük olduğunu bildiriblər.

Ötən əsrin 40-cı illərindən Kreml və Ağ Ev arasında ziddiyyətlər mövcud idi. Supergüclər vaxtaşırı üçüncü dünya dövlətlərin ərazilərində aparılan qanlı müharibələrdə qarşı-qarşıya gəlirdilər. Ancaq Suriya münaqişəsi qarşıdurmanı yeni səviyyəyə çıxardı.

“Suriya unikal yerə çevrilib. Ukraynadan təxminən iki dəfə balaca olan ölkə qlobal, regional və lokal ziddiyyətlər məkanına çevrilib. Rəsmi olaraq bu müharibə ölkədaxili münaqişədir, amma orada həmçinin Rusiya, İran, ABŞ və Türkiyə öz hərbçilərini saxlayır. Buna görə də bu ölkələr arasında birbaşa toqquşma riski var”, - Beynəlxalq Perspektivli Tədqiqatlar Mərkəzinin analitiki Yevgeni Yaroşenko deyib.

Avroatlantik Əməkdaşlığı İnstitutunun hərbi eksperti İqor Koziyanın fikrincə, Yaxın Şərqdə münaqişə artıq çoxdan lokal miqyası keçib və III Dünya Müharibəsi başlanıb: “Əslində müharibə artıq gedir. Suriya bunu göstərdi. Biz münaqişəyə cəlb olunan ölkələrin dəqiq sayını bilmirik”.

Rusiya hərbi jurnalisti Arkadi Babçenko isə yeni dünya müharibəsinin başlanacağına inanmır. Mütəxəssisin fikrincə, aparıcı ölkələrin liderləri növbəti qlobal qarşıdurmaya başlayacaq qədər ağlını itirməyib: “ABŞ və Rusiya arasında “soyuq müharibə” başlanıb. Bu, qızğın silahlanma və qarşılıqlı təcrid etmədir. Amma bu, birbaşa silahlı qarşıdurmaya aparmayacaq. Axı bu, artıq nüvə və III Dünya Müharibəsi olacaq”

Rusiya yenidən Vyetnam və Kubada hərbi baza açır

Rusiya Kuba və Vyetnamda yenidən öz hərbi bazalarının açılması imkanlarını öyrənir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə nazirinin müavini Nikolay Pankov söyləyib.

Qeyd edək ki, Rusiya Kubada hərbi bazalarını 2001-ci ildə bağlayıb, Vyetnamdan isə 2002-ci ildə çıxıb. 2013-cü ildə hər iki ölkə arasında yalnız sualtı gəmilərin təmiri ilə bağlı müştərək Kamran hərbi bazasının yaradılması razılığı əldə olunub.

ABŞ-ın dağıdılması planı işə düşdü: SSRİ-nin qısası alınır?

Rusiyada regionların mərkəzdən uzaqlaşdırılmasına edilən separatçı çağırışlar beş il azadıqdan məhrumedilməklə cəzalandırılır. Lakin sentyabrın 25-də Moskvada keçirilən beynəlxalq konfrans isə bu məntiqə ziddir.

Konfransda Puerto-Rikodan tutmuş Livana qədər bütün separatçı rejimlərin nümayəndələri iştirak edib. Moskvanın separatçılara dəstəyinin yalnız Qərb və Rusiyanın indiki münasibətləri ilə bağlı olmadığı bildirilir. Söhbət həm də SSRİ-nin dağıdılmasına görə alınacaq qisasdan gedir.

ABŞ-ın dağıdılması planı işə düşdü: SSRİ-nin qısası alınır?

Rusiyada regionların mərkəzdən uzaqlaşdırılmasına edilən separatçı çağırışlar beş il azadıqdan məhrumedilməklə cəzalandırılır. Lakin sentyabrın 25-də Moskvada keçirilən beynəlxalq konfrans isə bu məntiqə ziddir.

Kataloniya parlamenti isə 2017-ci ilin sentyabrında regionun müstəqilliyi ilə bağlı referendumun keçirilməsini dəstəkləyib. Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

Güllə şəkilli qələm prezidentə mükafat qazandırdı

2016-cı il Nobel Sülh mükafatçısının adı açıqlanıb. Kolumbiya prezidenti Xuan Manuel Santos Nobel Sülh mükafatı ilə təltif edilib.

O, 50 ildən çox davam etmiş vətəndaş müharibəsinə soy qoymaq üçün göstərdiyi səylərə görə, bu mükafata layiq görülüb. Xatırladaq ki, Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında 52 ildən sonra – sentyabrın 27-də sülh sazişi imzalanıb. Prezidentin razılaşmanı güllə şəklində olan qələmlə imzalaması isə diqqət çəkib. Dövlət başçısının bu yanaşması ona Nobel mükafatını gətirib.

Səudiyyə kralı oğlu tərəfindən öldürüləcək – ŞOK İDDİA

İran və Səudiyyə Ərəbistanı arasında “soyuq müharibə” bitmək bilmir.

İran İslam İnqilabı Keşikçilər Korpusunun ("Sepah") tərkibindəki "Qüds" xüsusi elit bölməsinin komandiri general Kasım Süleymaninin sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud (Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləzizin oğludur – red.) atasını öldürə bilər.

İranlı general Məhəmməd bin Salmanla görüşdüyünü bildirən yüksək vəzifəli Suriya məmurlarının sözlərini şərh edib. Söhbət guya Rusiya hərbçilərinin iştirakı ilə keçirilib. Deyilənə görə, Məhəmməd bin Salman suriyalılara İranla əlaqələri kəsməyi məsləhət görüb və söz verib ki, bu halda müharibə başa çatdırılacaq.

“Səudiyyə şahzadəsi son dərəcə səbirsizdir və öz atasını öldürə bilər”, - Kasım Suleymani qeyd edib.

Haiti dağıldı, ABŞ qorxu içində

Atlantika okeanının şərq sahillərində baş verən “Mettyu” qasırğasının qurbanlarının sayı 350-ni keçib.

Qurbanlarının əksəriyyəti Haiti sakinləridir. Qərb yarımkürəsinin ən kasıb ölkəsi olan Haiti güclü dağıntılara görə oktyabrın 9-na təyin edilmiş seçkiləri təxirə salıb.

Qasırğa Kubaya da zərər vurub. Kuba hakimiyyəti təhlükəli rayonlardan milyona yaxın sakinin təcili təxliyə edildiyini açıqlayıb.

ABŞ ərazisinə doğru sürətlə irəliləyən qasırğanın Florida ştatı üçün faciəli nəticələr yaradacağı istisna edilmir. Bu barədə ştatın qubernatoru Rik Skott xəbərdarlıq edib.

Meteoroloqlar qasırğanın sürətinin saatda 250 kilometrə çata biləcəyini istisna etmirlər. Bu beşinci kateqoriyaya uyğundur. Hazırda qasırğa dördüncü kateqoriyaya aiddir. ABŞ ərazisinə irəliləyən qasırğanın peykdən çəkilən görüntüləri yayılıb. Çəkilişdə qasırğanın insanın kəllə skeletinə oxşaması insanlarda təşviş yaradıb.

Dünya bu görüntülərdən danışır - Qurbanların sayı 572 nəfərə çatıb VİDEO/FOTOLAR

Atlantika okeanının şərq sahillərində baş verən “Mettyu” qasırğasının qurbanlarının sayı 572-a çatıb.

Ömər Dağlı


Tags:  Putinin Qarabağ PLANI Osmanlı mirası III Dünya Müharibəsi GÜNÜN SİYASİ XÜLASƏSİ


RƏYLƏR


Top news