Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağdaşda agır qəza: iki yaralı - FOTO

Ağdaşda agır qəza: iki yaralı - FOTO

Date: 7 October 2016 20:12

Ağdaş rayonunda baş verən qəzada avtomobil ağaca çırpılıb.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 232-ci km-də Ağdaş rayonunun Xosrov kəndi ərazisindən keçən hssəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Zamin Əjdər oğlu Əlizadə idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə Ağdaş istiqamətində hərəkət edən zaman idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Hariz Nuru oğlu Mehdiyev ağır bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan "Report"a verilən məlumata görə, hazırda xəstələrin vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az







Tags:  Ağdaşda agır qəza iki yaralı FOTO

RƏYLƏR


Top news