Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Böyük Britaniya aeroportlarında funt avrodan ucuz satılır

Böyük Britaniya aeroportlarında funt avrodan ucuz satılır

Date: 7 October 2016 20:12

Bakı. 7 oktyabr. REPORT.AZ/ Avropanın bir sıra aeroportunun valyuta dəyişmə məntəqələrində funtun məzənnəsi avrodan aşağı düşüb. 
"Report"un "The independent" qəzetinə istinadən verdiyi xəbərə görə, Londonun "Gatwick" aerportunda 95 avroya 100,17 funt sterlinq almaq olur. Bu da təqribən 1 funt üçün 0,95 avro deməkdir.
Funtun kəskin azalması britaniyalı maliyyə analitiklərini aeroportlardakı valyuta dəyişmə məntəqələrində monitorinq aparmağa vadar edib. Nəticədə məlum olub ki, Birminqem, Edinburq, həmçinin Londonun "Heathrow" və "Luton" aeroportlarında funtun məzənnəsi avro ilə eyni, "Sautend" aeroportunda isə GBP/EUR məzənnəsi 0,97 olub.
Xatırladaq ki, dünya valyuta bazarlarında GBP/EUR məzənnəsi hazırda 1,1073-ə bərabərdir. Yəni, Böyük Britaniya aeroportlarında funt sterlinq avro ilə müqayisədə təqribən 10 bənd aşağı satılır.

Tags:  Böyük Britaniya aeroportlarında funt avrodan ucuz satılır

RƏYLƏR


Top news