Körpələrə yedirdiyiniz qidaların tərkibindən xəbəriniz var?

Körpələrə yedirdiyiniz qidaların tərkibindən xəbəriniz var?
20:17 7 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hamı bilir ki, bəzi həkimlərin qida firmaları ilə işbirliyi var, amma bu, sistemli şəkildə deyil. Tutaq ki, əgər 100 pediatrdan 10-u bu işlə məşğuldursa, bu, o demək deyil ki, bütün həkimlər bu işlə məşğuldur".

Uşaq qidaları ilə bağlı "həyacan siqnalı" Bunu pediatr Vaqif Qarayev deyib. "Həkimin burada mənəvi məsuliyyəti var ki, ananın südü varsa, qətiyyən bunu süni qida qarışığı ilə əvəz etmək olmaz. Digər bir məqam da odur ki, bəzi anaların özləri uşağına süd vermək istəmirlər. Bu da yolverilməzdir. Həkim məsuliyyət daşıyırsa, ana ondan da çox məsuliyyət daşıyır", - o bildirib. Bununla belə, həkimin sözlərinə görə, əgər ananın südü yoxdursa, uşaq qidasız qalmamalıdır: "Biz mütləq bir qida seçməliyik. Süni qida məhsullarının tərkibi demək olar ki, eynidir. Hansı süni qida qarışığını uşaq qəbul edirsə, mədə-bağırsağında problem yaratmırsa, çəkisini artırırsa, əlavə bir problem meydana çıxmırsa, deməli o süni qida qarışığı uşaq uçun uyğundur.

Amma bəzi süni qarışıqların anti-allergik forması var. Əgər uşaqda allergiya varsa, bunları məsləhət görmək olar. Və yaxud da uşaqda köp varsa, bunların köp əleyhinə olan formaları da var. Bunları məsləhət görmək olar".

V. Qarayev hər uşağa fərdi yanaşmaq lazım olduğunu qeyd edib: "Bir süni qida qarışığı hər hansı bir uşağa düşürsə, bu, o demək deyil ki, həmin qarışığı o biri uşağa da versələr, yaxşı olacaq. Bütün hallarda uşağı qidasız qoymaq olmaz. Düşünürəm ki, əgər ananın südü varsa, süni qida qarışığı məsləhət görmək qəti qadağan edilməlidir".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyib ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi bir çox ölkədən, o cümlədən Avropa ölkələrindən geri qalır: "Mövcud qanunlara görə, pediatrların distribyutorlar ilə əməkdaşlığı qadağan olunur. İstehlakçılar bizə məlumat verirlər ki, doğum evindən çıxandan sonra doğum evindən analara zənglər gəlir və körpə qidaları təklif olunur". Onların tərkibinə gəlincə, ekspert bildirib ki, Azərbaycanda bunların tərkibini ekspertiza edən normal laboratoriyalar yoxdur: "Yalnız Səhiyyə Nazirliyi onun təhlükəsizliyini müəyyən edir və gigiyenik sertifikat verir. Lakin onun bütün komponentlərini araşdıran, onun tərkibində genetik modifikasiya olunmuş komponentlərin olub-olmadığını araşdıran heç bir laboratoriya yoxdur. Bu, araşdırılmır".

Milli.Az sputnik.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev körpələrin süni qida məhsulları ilə qidalanmasına dair diqqətçəkən açıqlama verib. "Bəzi həkimlər süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir", - o bildirib. Baş pediatrın sözlərinə görə, ana südünün əvəzləyicisinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib: "Təbii ki, canlı orqanizmdə yaranan bir şeyi canlıdan başqa heç kim yarada bilməz.

Ana südünün əmələ gəlməsi üçün bir neçə mərhələ lazımdır, bunun üçün isə canlı orqanizm olmalıdır".

"Ancaq ana südünün əvəzləyicisinin yaradılması çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı. Ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər", - N. Quliyev vurğulayıb. O, qeyd edib ki, hazırda süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə edir: "Həmin şirkətlərin əməkdaşları qapı-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik. Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Səhiyyə Nazirliyi belə hallara qarşı çox ciddi mübarizə aparır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri apellyasiya şikayəti verib

24 Avqust 2017 11:12

Azərbaycanlı müğənni: "Yaşım az olsa da, çox şey görmüşəm" - VİDEO

24 Avqust 2017 11:09

Qənirə Paşayeva "Qarabağ" üçün səhnədə mahnı oxudu - VİDEO

24 Avqust 2017 11:08

Röya və Miri Yusif Heydər Əliyev Mərkəzinin parkında konsert verəcək

24 Avqust 2017 11:07

Rövnəq Abdullayev "Qarabağ"ı təbrik etdi

24 Avqust 2017 11:07

Yaşar Nurinin qızı müğənniliyə başladı? – “Səhnə üçün ölürəm”

24 Avqust 2017 10:59

ABŞ nüvə döyüş başlığı daşıyan yeni qanadlı raket yaradacaq

24 Avqust 2017 10:57

Qəhrəmanların qarşılanması - Fotoların dili ilə

24 Avqust 2017 10:57

VİDEO: Qənirə Paşayeva səhnədə mahnı oxudu

24 Avqust 2017 10:55

İlham Əliyev yeni “Tufan” gəmisinin təməlini qoydu

24 Avqust 2017 10:53

Astan Şahverdiyev: "Qarabağ FK"-nın qələbəsi məni maraqlandırmır"

24 Avqust 2017 10:53

Azərbaycan Prezidenti yeni inşa edilən “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:52

Türkiyədə sərnişin avtobusu körpüyə çarpılıb, 5 nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb

24 Avqust 2017 10:52

Magistr və doktorantlar tələbə krediti ala biləcək - YENİLİKLƏR

24 Avqust 2017 10:49

İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

24 Avqust 2017 10:49

Rövnəq Abdullayev: “Bu, böyük tarixin ilk sətirləridir”

24 Avqust 2017 10:47

Məşhurların “Qarabağ” sevinci - FOTO/VİDEO

24 Avqust 2017 10:43

“Nüvə anbarı üzərində...” - ABŞ-a NÖVBƏTİ TƏHDİD

24 Avqust 2017 10:43

Bakıdakı toz dumanı nə vaxt çəkiləcək? - RƏSMİ AÇIQLAMA

24 Avqust 2017 10:39

Astara-Astara dəmir yolu 6 ay sonra fəaliyyətə başlayacaq

24 Avqust 2017 10:37

Azərbaycan vətəndaşının daxili orqanında heroin və metamfetamin aşkar olunub

24 Avqust 2017 10:37

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır

24 Avqust 2017 10:37

Fasilədə Qurban Qurbanov dedi ki..." - Rəşad Sadıqov

24 Avqust 2017 10:37

“Samsung” şirkəti “Galaxy Note8” smartfonunu təqdim edib

24 Avqust 2017 10:35

Azərbaycanı şoka salan xəbər gəldi...

24 Avqust 2017 10:34

FÖVQƏLADƏ QEYRİ-ADİLİK! Heyrətə gələcəksiniz!

24 Avqust 2017 10:33

Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

24 Avqust 2017 10:32

Nazirlik: Bakıda müşahidə olunan tozun miqdarı gün ərzində norma həddinə enəcək

24 Avqust 2017 10:32

“Oba köçdü” gülünün kədəri

24 Avqust 2017 10:24

Bu rəqsi etdiyinə görə onu həbs etdilər

24 Avqust 2017 10:24

ƏMDK: Müvafiq rəyi olmadan torpaqlar icarəyə və istifadəyə verilə bilməz

24 Avqust 2017 10:22

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (24.08.2017)

24 Avqust 2017 10:22

“İçerde” serialının qəhrəmanlarından GÖZLƏNİLMƏZ ADDIM - FOTO

24 Avqust 2017 10:18

Kılıçdaroğlu: " Biz qarderob Atatürkçüsü deyilik!" - VİDEO

24 Avqust 2017 10:18

“Para” BOKT kütləvi istiqraz emissiyası da planlaşdırır

24 Avqust 2017 10:17

Qaynadılmış qarğıdalının faydaları

24 Avqust 2017 10:17

Onlar "Qarabağın qələbəsini belə bayram etdilər...

24 Avqust 2017 10:14

Bakıda "Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı keçiriləcək

24 Avqust 2017 10:12

Abşeron rayonunda körpənin üzərinə televizor düşməsi nəticəsində ölüb

24 Avqust 2017 10:12

Leyla Əliyevadan "Qarabağ"a TƏBRİK

24 Avqust 2017 10:08

"Qarabağ"ın qələbəsi erməniləri özündən çıxardı

24 Avqust 2017 10:06

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək

24 Avqust 2017 10:02

"Qarabağ"ın vurduğu TARİXİ QOL

24 Avqust 2017 09:57

57 yaşlı müğənni özünü 6 yaş cavanlaşdırdı - FOTO

24 Avqust 2017 09:53

Proqnozlar Bürosu: Avqustun 27-dək Azərbaycanda arabir güclənən şimal küləyi əsəcək

24 Avqust 2017 09:52

Azərbaycan nefti bahalaşıb

24 Avqust 2017 09:52

"Qarabağ" Bakıya qayıtdı - AEROPORTDAN GÖRÜNTÜLƏR

24 Avqust 2017 09:49

VALYUTA MƏZƏNNƏLƏRİ

24 Avqust 2017 09:48

Xarici valyutaların manata qarşı məzənnələri

24 Avqust 2017 09:47

Şahin Mustafayevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

24 Avqust 2017 09:42