Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 7 Oktyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 7 Oktyabr
20:24 7 Oktyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

Suriyada hər kəsin öz marağı var. Əsəd hakimiyyətdə qalmaq istəyir, Rusiya bu ölkədə ötən əsrdən yaratdığı hərbi bazalarını əldən vermək istəmir, Türkiyə özünə ən böyük təhlükə olan sərhəd boyu ərazilərdə terror ocaqlarını söndürmək istəyir, ABŞ isə regionda illərdir həyata keçirmək istədiyi planlarının puç olmasını qəbul etmir.

 

Hazırkı məqamda ABŞ-ın nüvə sınaqları keçirməsi, Rusiyanın Kuba və Vyetnamda hərbi bazalarını yenidən bərpa edəcəyi ilə bağlı açıqlamaları tərəflərin bir-birinə diş göstərməsindən başqa bir şey deyil. Bu gərginliyin yenidən masa arxasına qaytarılacağı şübhəsizdir. Amma nə vaxt?

 

Bax, bu, yəqin ki, ABŞ-da prezident seçkilərindən sonra bəlli olacaq. Ağ Evin yeni sahibinin atacağı addım ya gərginliyi azaldacaq, ya da Suriyada axan qan planetin başqa bölgələrinə də sıçrayacaq. Seçkilərə isə hələ bir ay var...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR