Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mövsümün ilk premyerası baş tutdu

Mövsümün ilk premyerası baş tutdu

Date: 7 October 2016 20:36

Azərbaycan Dövlət Musiqili Teatrında yeni – 107-ci mövsümün ilk premyerası keçirilib.

Axşam.az xəbər verir ki, Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası balaca tamaşaçılara təqdim olunub.

“Meşə çaqqalsız olmaz” tamaşasının əsas məqsədlərindən biri balacalara mübarizə əzminin, vətənpərvərlik hissinin aşılanmasıdır. Dinamik süjet xəttinə malik olan yeni səhnə əsəri dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır. Rolları gənc aktyorlar Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa ediblər.


Tags:  Mövsümün ilk premyerası baş tutdu

RƏYLƏR


Top news