“O jurnalistlər özlərinə qarşı hörmətsizlik ediblər” – Rəşad Sadıqov

“O jurnalistlər özlərinə qarşı hörmətsizlik ediblər” – Rəşad Sadıqov
20:37 7 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

"Azarkeşlərin və futbol ictimaiyyətinin gözləntilərini bilirik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov söyləyib.
 
O, bu gün keçirilən mətbuat konfransında DÇ-2018-in seçmə mərhələsində Norveçlə keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Rəqibin oyun üslubu dəyişib. İndi hücumda daha sürətli oynayırlar. Müdafiəçilərin üstünə yük düşəcək. Diqqətli olmalıyıq. Nəticənin uğurlu olması üçün əlimizdən gələni edəcəyik".
 
Sadıqov norveçli jurnalistlərin millimizin mətbuat konfransına qalmamasına münasibət bildirib: "Düşünmürəm ki, komanda bizi ciddiyə almır. Çünki Bakıda qələbə qazansalar da, yaxşı oyun göstərmişdik. Güclü rəqibdi, asan olmayacaq. Bizi kimsə qınaya bilər ki, rəqiblərə güclü deyirsiniz. Amma milli səviyyəsində zəif rəqib olmur. Məğlubiyyət haqda düşünmürük. Həmin jurnalistlərin burda olması isə bizim üçün önəmli deyil. O jurnalistlər özlərinə qarşı hörmətsizlik ediblər. Çünki bura gəliblərsə, yazmaq işləridi. Sizin burda olmağınız bizim üçün yetərlidi".
 
Təcrübəli futbolçu zədəsinin ciddi olmadığını əlavə edib: "Fiorentina" ilə matçın sonlarında zədələnmişdim. Həmin vaxt meydandan çıxmaq düzgün deyildi. Zədəm ciddi deyildi. Sabahkı oyuna da hazır olub-olmadığımı baş məşqçi deyəcək".
 
Rəşad Sadıqov millinin qrup mərhələsindəki şansları barədə də danışıb: "Bəlkə də, qrupdan çıxmağı mənim qədər istəyən yoxdu. Çünki son seçmə mərhələmdi. Bəlkə də, sabah ən önəmli matça çıxacağıq. Bunu deyib stressə salmaq isətmirəm. Rəqibin gücünü dərk edirik. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Mənim üçün karyeramın sonunda bundan gözəl hədiyyə ola bilməz".
 
Kapitan sonda "matçın gedişində hücuma keçə bilərsinizmi?" sualına bu cür cavab veerib: "Qarabağ"la millinin rəqibləri fərqli olur. Rəqibin imkan verdiyi qədər hücuma keçə bilirəm. Millidə də hücumlara keçdiyim vaxtlar olur. Amma qol vurmaq mümkün olmur. Təbii ki, oyunun gedişinə görə hücuma keçə bilərəm. Niyə də yox?"
 
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 20:00-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR