Nəqliyyat sektorunda yükdaşıma qiymətləri 35% bahalaşıb

Nəqliyyat sektorunda yükdaşıma qiymətləri 35% bahalaşıb
20:37 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4% bahalaşıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6%, dəniz nəqliyyatında 1,8%, avtomobil nəqliyyatında 0,6% bahalaşma olub.
Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycanda-neqliyyat-sektorunda-yukdasima-qiymetleri-35-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR