Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yükdaşıma qiymətləri 35% bahalaşıb

Yükdaşıma qiymətləri 35% bahalaşıb

Date: 7 October 2016 20:42

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4% bahalaşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6%, dəniz nəqliyyatında 1,8%, avtomobil nəqliyyatında 0,6% bahalaşma olub.
Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb.

Milli.Az


Tags:  Yükdaşıma qiymətləri 35 bahalaşıb

RƏYLƏR


Top news