Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gələcəkdən xəbər verən 6 FİLM

Gələcəkdən xəbər verən 6 FİLM

Date: 7 October 2016 20:43

Elmi fantastika janrının yazıçıları və film ssenaristləri öz əsərlərində və filmlərində bəşəriyyətin gələcəyinitəxmin etməyə çalışır. Bəzən elə olur ki, bu təxminlər illər sonra gerçəkləşir. Jules Vernenin 1870-ci ildə “Dəniz altında 20 000 cəmiyyət”( Twenty Thousand Leagues Under the Sea) əsərində təsvir etdiyi sualtı qayıqdan tutmuş, Herbert George Wellsin 1897-ci ildə yazdığı “Dünya Müharibəsi” əsərində təsvir etdiyi kosmik gəmiyə qədər saysız hesabsız gələcəyi təxmin etmiş əsərlər var. Keçmişdə elmi fantastiki əsər yazıçılarının ideaları gerçəkləşməsi qeyri-mümkünə yaxın olduğundan, o dövrün əksər filmləri 100 il sonra baş verəcək hadisələrdən bəhs edirdi.

Bu məqalədə bu günkü texnologiyaları öncədən xəbər vermiş bir neçə məhşur filmdən bəhs edəcəm. Bu filmlərin əksəriyyəti bu günkü texnologiyalara ilham qaynağı olmuş və kəşfinə səbəb olmuşdur. Siyahıda filmlərin sayını artırmaq olar lakin bu filmlər gələcəklə bağlı dəqiq proqnozlara görə daha çox ön plana çıxır. Filmlər köhnədən yeniyə çıxış tarixlərinə görə sıralanmışdır.

1:Film: Metropolis(1927)

Texnologiya: Android

Android dedikdə Google-un bu günkü əməliyyat sistemi ağlınıza gələ bilər lakin rejissor Fritz Lang filmdə bundan bəhs etmir. Film gələcəyin insan kimi görünən android robotlarından bəhs edir. Filmdə Rotwang adlı bir dəli alim bir işçi üsyanını yatırmaq üçün, Maria adlı robot yaradır.

Bu günkü androidlər Rotwardın yaratdığı kimi insana çox yaxın olmasada, dünyada azda olsa insana bənzər robotlar kifayət qədərdi .

2: Film: Woman in the moon(1927)

Texnologiya: Kosmosa səyahət

Filmdə adından da göründüyü kimi kosmosa səyahətdən bəhs olunur.Həmçinin filmdə kosmik raketlərin quruluşu və ayın atmosferi haqqında məlumat verilirdi. Halbuki o vaxtlarda bunların o zaman bilinmirdi və yalnız 28 ildən sonra SSSR-in Sputnik 1-i vasitəsi ilə ayın yaxından fotoları çəkilmişdir.

3: Film: 2001: A Space Odyssey(1968)

Texnologiya: Planşetlər

Stanley Kubrickin filmi olan 2001: A Space Odyssey bəhs olunan texnologiya bizim bildiyimiz bu günkü planşetlərə ilham qaynağı olmuşdur. Filmdə “NewsPad” adlanan cihaz xəbər oxumaq üçün istifadə olunurdu. Hətta filmdəki planşet bu günkü İpad-lərə bənzədiyindən, Kubrick-ə İpad-in ixtiraçısı deyirlər.

4: Star Trek III: The Search for Spock (1984)

Texnologiya: Mobil telefonlar

Gələcək texnologiyaların proqnuzu haqqında danışan zaman, Star Trek filmlərindən bəhs etməsək olmaz. Star Trek filmləri hazırda videotelefon rabitə, 3-D printerlər və kompüter nitqin tanınması kimi texnologiyalar haqqında öncədən xəbər verib. Maraqlıdır ki, ilk iki Star Trek teatr relizlərində – Star Trek: Motion Picture və Star Trek II: Xan Wrath biləyə taxılan əlaqə cihazları göstərilmişdir. Belə ki, bəlkə SmartWatch də Star Trek tərəfindən proqnozlaşdırılan texnologiyaları siyahısına əlavə edilməlidir.

Mobil telefonun ixtiraçısı Martin Cooper olsada, sonralar firmalar tərəfindən istehsal edilən qapaqlı telefonlar Start Trek filmdə öncədən görünmüşdür.

5: Film: Short Circuit(1986)

Texnologiya:Hərbi Robot

Bu film hərbi məqsədlər üçün yaradılmış bir robotun ildırım vurmasından sonra özünü dərk etmə qabiliyyətindən bəhs edir. Filmin lentə alındığı dövrlərdə robotlar hərbidə geniş miqyasda istifadə olunmurdu. Lakin indiki dövrdə robotlar hərbidə istifadəsi daha da artıb.

6: Film: Back to Future (2-ci Hissə 1989)

Texnologiya: Geyiləbilən cihazlar

Təəcüblü deyilki, Back to Future filmi çoxlu fantastik texnologiyalar göstərən filmlərdən biridir. Filmdə göstərilən texnologiyalardan biri Marty McFly uşaqlar tərəfindən istifadə olunan ağıllı eynəklərdir. Halbuki o dövrdə smart eynəklər bir kənara komputer texnologiyası belə kifayət qədər inkşaf etməmişdi. Filmdə təsvir olunan ağıllı eynəklə bu günkü Oculus Rift, Google Glass kimi ağıllı eynəklər arasında çoxlu əlaqələr var .


Tags:  Gələcəkdən xəbər verən FİLM


RƏYLƏR


Top news