Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rövnəq Abdullayev millinin düşərgəsində

Rövnəq Abdullayev millinin düşərgəsində

Date: 7 October 2016 20:47

AFFA prezidenti Rövnəq  Abdullayev millimi komandamızın üzvləri ilə görüşüb. Fanat.Az xəbər verir ki, assosiasiya rəhbəri baş katib Elxan Məmmədovla birgə “Olimpiya” stadionunda yığmamızı ziyarət edib.


Milli komandamız sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç yığmasını qəbul edəcək. Plana əsasən, komandamız axşam “Olimiya” stadionunda oyun qabağı son məşqinə çıxmalı idi. Lakin sabahkı matçın UEFA nümayəndəsi  buna icazə verməyib.  Səbəb kimi isə ot örtüyünün zərər görməsindən ehtiyatlandığını göstərib.


Ona görə də komanda üzvləri qaçış cığırında AFFA prezidenti və baş katiblə görüşdükdən sonra ehtiyat meydançada məşq keçməyə yollanıblar. 


Fanat.Az

Tags:  Rövnəq Abdullayev millinin düşərgəsində


RƏYLƏR


Top news