Yaponiya turizm sənayesinin nümayəndələri Bakıya gələcəklər

Yaponiya turizm sənayesinin nümayəndələri Bakıya gələcəklər
20:47 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Yaponiyadakı səfirliyinin, “Türk Hava Yolları”nın Bakı ofisinin və “Gilan Hospitality Group”un dəstəyi ilə Yaponiyanın turizm sənayesi üzrə nümayəndə heyəti ölkənin turizm potensialının dünyada təbliğ edilməsi məqsədilə oktyabrın 10-14-də Azərbaycanda səfərdə olacaq.
“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, səfər çərçivəsində oktyabrın 10-da Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının prezidenti Tadaşi Şimuranın “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” mövzusunda təqdimatı keçiriləcək.
Nümayəndə heyətinin Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/yaponiya-turizm-senayesinin-numayendeleri-bakiya-gelecekler1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR