"Sübh namazına durmağa qorxuram, nə edim?"

"Sübh namazına durmağa qorxuram, nə edim?"
20:52 7 Oktyabr 2016
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Sübh namazını vaxtında qılmaq lazımdır. Siz qorxmayın, çünki Allaha sığınsanız, Allah sizi qoruyar. Namazın sözlərini oxuduqda artıq bu qorxu Allahın izni ilə keçib gedəcək. Gənc vaxtı ibadət etmək savabı ən çox olan əməllərdəndir.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olma­ya­cağı bir gündə kölgəsi altında kölgələn­dirəcəkdir. Bunlar; ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Ona görə görüşüb Ona görə ayrılan iki kişi, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: "Mən Allahdan qorxuram!"- deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətə çəkilib Allahı yad edərək gözləri yaşla dolan kişi". (Muslim, 1031, 1712).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR