Marketlərdə istehsal tarixi olmayan şirniyyatlar satılır - VİDEO

Marketlərdə istehsal tarixi olmayan şirniyyatlar satılır - VİDEO
20:52 7 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Üzərində nə saxlama müddəti, nə də istehsal tarixi yazılmayan şirniyyatı kif basıb.

Sosial şəbəkələrdə yayılan görüntüdə şirniyyatın Sumqayıtın 17-ci mikrorayonda fəaliyyət göstərən marketlərdən birində alındığı qeyd edilib.

Maraqlısı budur ki, bu cür hallarla rastlaşanların sayı heç də az deyil.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, məsələ ilə bağlı satıcıların mövqeyini öyrəndik. Bəzi satıcılardan nə qədər satdığı şirniyyatların istehsal tarixini öyrənməyə çaılşsaq da sualımız cavabsız  qaldı.

Bəzi satıcılar isə satdıqları məhsulların hər birinin üzərində bütün məlumatların olduğunu bildirib.

Mütəxəssislərin sözlərinə görə, şirniyyatın kif atmasının səbəbi məhsulun saxlama qaydalarına düzgün əməl olunmamasıdır. Şirniyyatın üzərində olan son istifadə tarixi, saxlama qaydalarına düzgün riayət edildiyi təqdirdə qüvvədə olur.

Bu məhsulların hər birinin üzərində markalama qaydasına əsasən məhsul haqqında ən incə detallara qədər bütün məlumatlar qeyd edilməlidir.

O ki qaldı ərzaq təhlükəsizliyi tələblərin pozanlara onları 200-manatdan 400 manatadək  cərimə gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR