Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimizin Norveçlə oyuna start heyəti açıqlandı

Millimizin Norveçlə oyuna start heyəti açıqlandı

Date: 7 October 2016 20:52

DÇ-2018-in seçmə mərhələsində Norveçlə sabah keçiriləcək qarşılaşmada Azərbaycan millisinin meydana çıxacaq start "11-liy"i müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bunu yığmamızın baş məşqçisi Robert Prosineçki bu gün keçirilən mətbuat konfransında açıqlayıb.
 
Xorvatiyalı mütəxəssis həmişə olduğu kimi, yenə qapı xəttini Kamran Ağayevə həvalə edəcək.
 
Müdafiənin mərkəzi Rəşad Sadıqovla Maksim Medvedev tapşırılacaq. O ki qaldı cinahlara, sağda Məhəmməd Mirzəbəyov, solda isə Arif Daşdəmirov yer alacaq.
 
Dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayev çıxış edəcəksə, onun önündə Rahid Əmirquliyev və Eddi İsrafilov mübarizə aparacaqlar.
 
Yarımmüdafiənin sol cinahında Dmitri Nazarov, sağ cinahında Ruslan Qurbanov hücumçunu topla təmin etməyə çalışacaq.
 
Komandamızın Norveç önündə qol ümidi isə Ağabala Ramazanov olacaq.
 
Qeyd edək ki, sabah Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Norveç qarşılaşması saat 20:00-da start götürəcək.
 

Milli.Az


Tags:  Millimizin Norveçlə oyuna start heyəti açıqlandı


RƏYLƏR


Top news