“Metyu“ qasırğasının qurbanlarının sayı 842-yə çatdı

“Metyu“ qasırğasının qurbanlarının sayı 842-yə çatdı
20:54 7 Oktyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 842-nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.

 

Son dəfə ölənlərin sayının 572 nəfər olduğu açıqlanmışdı.

 

"Metyu" 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR