Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçilib

Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçilib
20:57 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ümumdünya Poçt İttifaqının (ÜPİ) Türkiyənin İstanbul şəhərində sentyabrın 19-dan keçirilən 26-cı Konqresi bu gün başa çatıb.
“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, nazir Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.
Konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. ÜPİ-nin iki ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına Azərbaycanın da namizədliyi verilib və Azərbaycan Şuraya üzv seçilib.
Eyni zamanda Konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.
R.Quluzadə Nazirlər Konfransının “Ticarətin təşviqində poçtun rolu” mövzusunda sessiyada çıxış edərək, Azərbaycanda poçt sektorunda aparılan islahatlar, elektron ticarətin təşviqi və poçt sektorunda maliyyə xidmətlərinin inkişafı ilə bağlı rellaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
Nazirlər Konfrası çərçivəsində R.Quluzadə ilə Türkiyənin Ümumdünya Poçt İttifaqının baş direktoru Bişar Hüseyn, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılovla ikitərəfli görüşlər keçirilib.
Görüşlərdə telekommuikasiya, poçt, peyk rabitəsi, yüksək texnologiyalar, genişzolaqlı internet sahələrində birgə əməkdaşlığa dair müzakirələr və fikir mübadilərsi aparılıb.
Bundan başqa, nümayəndə heyəti tərəfindən Ümumdünya Poçt İttifaqının İstanbul Konqresində Azərbaycan adından bəyanat verilib. Bəyanat İttifaqın Baş Katibi Bişar A.Huseyn tərəfindən təsdiq olunan “Aktların imzası üzrə bəyannamələr” rəsmi sənədinə daxil edilib.


Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azerbaycan-umumdunya-poct-i-ttifaqinin-ali-orqanina-uzv-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR