Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balotellinin qırmızı vərəqəsi ləğv edildi

Balotellinin qırmızı vərəqəsi ləğv edildi

Date: 7 October 2016 21:17

Fransa Liqasında "Loryen"lə görüşdə meydandan uzaqlaşdırılan "Nitsa"nın hücumçusu Mario Balotellinin aldığı qırmızı vərəqə ləğv edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyunun baş hakimi Olivye Tyüalin italiya futbolçuya göstərdiyi ikinci sarı vərəqədə  səhvə yol verdiyini bildirməsindən sonra Fransa Futbol Federasiyası bu qərarı verib.

Beləliklə, Balotelli Fransa Liqasının 9-cu turunda "Lion"a qarşı oynaya biləcək.

Qeyd edək ki, Balotelli sözügedən çempionatda bu mövsüm 5 qol vurub.

Milli.Az


Tags:  Balotellinin qırmızı vərəqəsi ləğv edildi

RƏYLƏR


Top news