"Qorxuram ki, nə qədər ibadət etsəm də, cəhənnəmə düşəcəyəm..."

"Qorxuram ki, nə qədər ibadət etsəm də, cəhənnəmə düşəcəyəm..."
21:37 7 Oktyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Allah buyurur: "Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua (istiğfar) edirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağış­layaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün bu­lud­larına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşıla­yaram". (ət-Tirmizi, 3540).
Milli.Az zikr.az-a istinadən bildirir ki, müsəlman qorxu və ümidlə yaşamalıdır. Qorxmalıdır ki, cəzalanar. Ümid etməlidir ki, bağışlanacaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ölüm ayağında olan bir gəncin yanına daxil oldu və ondan soruşdu: "Özünü necə hiss edirsən?" Gənc dedi: "Vallahi, ey Allahın Elçisi! Mən Allaha ümid edirəm və günahla­rımdan qorxuram". Allah Elçisi (ona Allahın salavatı və salamı olsun)​ belə buyurdu: "Belə bir vaxtda qulun qəlbində bu iki şey birləşsə, Allah ona umid etdiyini verər və qorxduğundan da əmin edər". (ət-Tirmizi, 983). Kimin Cənnətə və ya Cəhənnəmə düşməyini Allahdan başqa heç kəs bilməz. Allah barəsində gözəl zəndə olmaq lazımdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Uca Allah belə buyurdu: "Mən qulumun ba­rəm­də­ki zənni yanındayam. Mənə dua et­dik­də, Mən onun yanında oluram". (əl-Buxari "Ədbul-Mufrad" 616). Həmçinin, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün!" (Muslim, Cənnət, 81). Ona görə siz Allaha ümid edin, Ona təvəkkül edin. Uca Allah buyurur: "Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir" (əl-Bəqərə, 173)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR