Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu uşaq ana bətnində əməliyyat olunub

Bu uşaq ana bətnində əməliyyat olunub

Date: 7 October 2016 22:17

Böyük Britaniyada yaşayan Cina və Den Levis cütlüyü körpənin dünyaya gəlməsini gözləyidilər. Hamiləliyin 20-ci həftəsində USM zamanı məlum olub ki, uşağın onurğa sütünü tam inkişaf etməyib və onun bir hissəsi açıq qalıb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu nadir və çox ağır anadangəlmə patologiya tibdə "spina bifida"adlandırılır. Bu patologiya ilə doğulan uşaqlar əlil qalır, sərbəst yeriyə bilmir, əlil arabasından istifadə edir.

Həkimlər ailə cütlüyünə bətndaxili əməliyyatın keçirilməsini təklif ediblər. Unikal əməliyyat Belçikada baş tutub. 2 saat davam edən əməliyyatda 22 həkim iştirak edib.  Həkimlər sinirləri yerinə, onurğa sütununun içinə yerləşdirib, defekti süni dəri ilə bağlayıblar. Daha sonra bu yerdə uşağın öz dərisi inkişaf edib.
Daily Mail xəbər verir ki, Frenki adlı qız hamiləliyin 35-ci həftəsində dünyaya gəlib. Doğulandan sonra uşaq ayaqlarını tərpətməyə başlayıb. Bu o demək idi ki, sinirlər öz funksiyasını bərpa edib və uşaq  gələcəkdə yeriyə biləcək. Hal hazırda uşağın 2 yaşı var və o sərbəst yeriyir.

Milli.Az


Tags:  uşaq ana bətnində əməliyyat olunub

RƏYLƏR


Top news