Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kərəmə partnyor tapıldı - foto

Kərəmə partnyor tapıldı - foto

Date: 7 October 2016 23:01

“3 aptal” filmində baş rolda oynayacaq Kərəm Bürsinə tərəf müqabili tapılıb.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, uzun axtarışlardan sonra Kərəmə partnyor olaraq Ezgi Eyüboğlu ilə razılaşma əldə edilib.

“Hollivud”un “3 idiots” filmi əsasında çəkiləcək “3 aptal”ın baş rolları müəyyənləşsə də, məkanla bağlı problemlər həllini tapmır.

Filmi çəkəcək “Limon Yapım” şirkəti ssenariyə uyğun məkan tapılmadığı üçün çəkilişləri təxirə salıb.

Məkan tez tapılarsa filmin qış aylarında təqdim edilməsi gözlənilir. Əks təqdirdə gələn ilin yazında nümayişə çıxacaq.


Tags:  Kərəmə partnyor tapıldı foto

RƏYLƏR


Top news