Mikayıl Cabbarov: "Elmə ayrılan dövlət vəsaitinin bölgüsündə universitetlər də iştirak etməlidir"

Mikayıl Cabbarov: "Elmə ayrılan dövlət vəsaitinin bölgüsündə universitetlər də iştirak etməlidir"
23:02 7 Oktyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Elmə ayrılan dövlət vəsaitinin bölgüsündə universitetlər də iştirak etməlidir.
"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov deyib.
"Hazırda ali təhsil müəssisələrinin elmi fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir. Universitetlərin maliyyələşməsinin yeganə mənbəyini təhsil haqları təşkil edir. Elmi fəaliyyətlə məşğul olanların yarısının ali təhsil müəssisələrində çalışdığını nəzərə alaraq, dövlət tərəfindən elmə ayrılan vəsaitin bölgüsündə universitetlərin də iştirak etmək hüququnun tanınması məsələsinin müzakirəsini vacib hesab edirik".

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/mikayil-cabbarov-elme-ayrilan-dovlet-vesaitinin-bolgusunde-universitetler-de-istirak-etmelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR