Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimiz Bakı Olimpiya Stadionuna buraxılmadı

Millimiz Bakı Olimpiya Stadionuna buraxılmadı

Date: 7 October 2016 23:07

Azərbaycan yığması "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində sabah Norveçə qarşı keçirəcəyi oyun öncəsi bu gün son məşqə çıxıb. Millimizin son hazırlıq prosesi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda baş tutmalı idi.


Amma bu qarşılaşmaya təyin olunmuş UEFA nümayəndəsi komandamızın sözügedən arenada məşq etməsinə icazə verməyib. O, qazonun daha da korlanacağından ehtiyatlandığı üçün belə qərar qəbul edib. Məsələ burasındadır ki, millimizdən təxminən bir saat öncə bu arenada məşq edən Norveç yığmasının hazırlığından sonra qazonda müəyyən problemlər yaranıb.


Bu üzdən də yığmamız stadionun ehtiyat meydançasında məşq etmək məcburiyyətində qalıb.


Qeyd edək ki, Azərbaycan - Norveç matçı sabah saat 20:00-da start götürəcək.(Azerisport.az)


Fanat.Az


Tags:  Millimiz Bakı Olimpiya Stadionuna buraxılmadı

RƏYLƏR


Top news