"Ermənistanın qeyri-konstruktivliyi üzündən münaqişənin həllində tarixi haqsızlıqlar davam edir"

"Ermənistanın qeyri-konstruktivliyi üzündən münaqişənin həllində tarixi haqsızlıqlar davam edir"
23:12 7 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Elmar Məmmədyarov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı substantiv danışıqlara hazırdır" - MÜSAHİBƏ (26 Aprel 2017 14:37)
"Münaqişənin nizamlanması ilə bağlı substantiv danışıqlara hazırıq" (26 Aprel 2017 14:27)
Putindən Qarabağla bağlı AÇIQLAMA (15 Mart 2017 17:37)

"Dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi ilə müşayiət olunan son 13 ildə həyata keçirdiyiniz siyasi, iqtisadi idarəçilik modeli nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə edilmiş, yaratdığınız təkmil Azərbaycan modeli dünyanın əksər ölkələri üçün nümunədir".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Baş nazirin müavini bildirib: "Həmişə olduğu kimi, Azərbaycan xalqı, xüsusən məcburi köçkünlər sonuncu ümumxalq səsverməsində Prezidentlə xalq arasında dəyişməz, monolit olan birliyi bir daha dünyaya nümayiş etdirdilər.

Ölkənin əsas sərvəti olan Azərbaycan xalqının inkişafına hesablanmış siyasətinizdən qaçqın və məcburi köçkünlər də faydalanırlar.

Ölkə əhalisinin ən həssas və zərif hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ulu öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər yaraşıqlı yerlərə çevrilib.

Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Görülən bütün bu işlərin və sərf olunan vəsaitin 90 faizi Sizin 13 illik Prezidentlik fəaliyyətiniz dövründə icra edilib.

Müqayisə üçün bildirim ki, məcburi köçkünlər üçün tikilən və Komitənin balansında olan 3,2 milyon kvadratmetr mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan 2 dəfə çoxdur.

Dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni Saziş imzalanıb və buna görə bütün məcburi köçkünlərin Sizə dərin hörmət və ehtiramını bildirirəm".

Ə.Həsənov deyib ki, bu ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb: "Prezidentlik fəaliyyətiniz dövründə ölkəmizdəki çadır düşərgələri, dəmir yolu yük vaqonlarından ibarət qəsəbələr 2007-ci ildə ləğv olundu. Bu il isə ölkə üzrə mövcud olan 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq.

2016-cı il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkmiş 260 evinin bərpası və şəxsi əmlaklarına dəyən ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb. Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib, ayrılan vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılıb. İkinci mərhələyə qalan 78 ev cəbhə xəttinin 3-4 kilometrliyində olduğuna görə əksər hissəsi dağıdılıb və evlərin həmin ərazidə və ya başqa yerdə yenidən tikilməsi üçün 2,6 milyon manat əlavə vəsait tələb olunur.

Komitə tərəfindən məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb.

Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.

Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd - Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib".

Ə.Həsənov əlavə edib ki, kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında başlanılacaq: "Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin, sosial ədalət prinsipi təmin edilməklə, imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün, razılığınız olduğu təqdirdə, müvafiq tədbirlər görüləcək.

Bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və s. obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməlidirlər. Bu isə 94 min abonent deməkdir.

Son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb.

Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Yeni salınmış bəzi qəsəbələrdə əkin və örüş sahələri ilə təmin olunmuş məcburi köçkünlər arasında müvafiq maarifləndirmə işləri aparılır ki, onlar dövlət təminatından, ələbaxımlıqdan uzaqlaşaraq özünütəminata keçsinlər.

Cənab Prezident, görülən işlərlə bərabər, respublika üzrə 94 min ailə və ya 375 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bunlardan 172 min nəfəri Bakı şəhərində, 49 min nəfəri Sumqayıt şəhərində, 18 min nəfəri yerli sakinlərə məxsus mənzillərdə, 136 min nəfəri isə digər şəhər və rayonlarda müvəqqəti məskunlaşıb".

Baş nazirin müavini qeyd edib ki, təkcə Bakı şəhərində istismar müddətini başa vurduğundan tam yararsız, qəza vəziyyətinə düşmüş 115 obyektdə 9 min ailə və ya 45 min nəfər məcburi köçkün müvəqqəti yaşayır: "Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin obyektlərdə aparılmış müayinə və tərtib olunmuş arayışlarda təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan məcburi köçkünlərin köçürülməsinin zəruriliyi bildirilmişdir.

Məcburi köçkünlərin yerli sakinlərə məxsus mənzillərdə uzun illər müvəqqəti yaşaması nəticəsində son illərdə ev sahiblərinin yerli məhkəmələrə, hətta Avropa Məhkəməsinə müraciətləri artıb. Ədliyyə Nazirliyi ilə birlikdə bu məsələ üzrə müəyyən tədbirlər görülsə də, problem açıq olaraq qalır.

Möhtərəm Prezident, bu gün 550 milyon əhalisi olan Avropa 1 milyon miqrantın idarəçiliyində çıxılmaz vəziyyətə düşüb. Hər gün minlərlə miqranta qarşı qeyri-insani davranışın, onların hüquqlarının kobud şəkildə pozulmasının şahidi oluruq.

1990-cı illərin əvvəllərində ölkəmizin iqtisadi vəziyyətinin ağır olduğu, dövlət büdcəsində heç bir maliyyə imkanının olmadığı bir zamanda 7 milyon yerli əhali 1 milyon qaçqın və məcburi köçkünü qəbul etdi, 25 il ərzində dövlət qurumları və yerli əhali ilə onlar arasında heç bir xoşagəlməz hal baş vermədi.

Bunun əsas səbəbi bu problemin xalqımızın ümummilli lideri Heydər Əliyev və Sizin tərəfinizdən ölkənin bir nömrəli prioritet problem olmasının bəyan edilməsi, problemin vahid mərkəzdən əlaqələndirilməsi, müntəzəm olaraq diqqət mərkəzində saxlanması, bütün yerli və beynəlxalq tədbirlərdə bu haqda ictimaiyyətin müntəzəm məlumatlandırılması, beynəlxalq qanunvericiliyə uyğun milli hüquqi bazanın yaradılması, soydaşlarımızın sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması ilə sıx bağlıdır.

Ulu öndər Heydər Əliyevin və şəxsən Sizin mütəmadi olaraq bu insanlara davamlı şəkildə göstərdiyiniz qayğı və diqqətinizin nəticəsi olaraq onlar arasında ictimai-siyasi sabitlik qorunub saxlanılıb və dəyişməz olaraq qalacaqdır.

Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin dəfələrlə qeyd etdiyi kimi, BMT-nin Qaçqınların İşi üzrə sabiq ali komissarı və artıq BMT-nin baş katibi seçilmiş Antonio Quterreş ölkəmizə səfərləri və İcraiyyə Komitəsinin sessiyalarındakı çıxışları zamanı Azərbaycan Prezidentinin bu sahədə gördüyü işlərin və dövlətimizin təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu dəfələrlə vurğulayıb.

Zati-aliləri, Ermənistan tərəfinin problemə qeyri-konstruktiv yanaşması üzündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi haqsızlıqlar davam edir.

Lakin ulu öndər Heydər Əliyevin və Sizin bu sahədə gördüyünüz işlər öz bəhrəsini verir. Ermənistanın daxilində istər hərbi sahədə, istərsə də cəmiyyətdə parçalanma baş verir. Erməni xalqı, dünya erməniləri, beynəlxalq erməni diasporu arasında Sarkisyan rejiminə nifrət şiddətlənib. Bişkek görüşündə onun əsassız və mənasız çıxışına Sizin tutarlı və obyektiv cavabınızdan sonra ona olan nifrət daha da artıb.

Heç bir şübhə yoxdur ki, davamlı səyləriniz nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq ərazilərdə həyat tamamilə yenidən qurulacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq yenidən doğma torpaqlarında yaşayacaqlar.

Sizi əmin edirəm ki, bu sahədə qəbul etdiyiniz bütün fərman və sərəncamlar, qərarlar, verdiyiniz tapşırıqlar bundan sonra da vaxtında və keyfiyyətlə icra ediləcək.

Diqqətinizə görə təşəkkür edirəm".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

ABŞ ilə Şimali Koreya müharibəyə başlasa ən təhlükəsiz valyuta İsveçrə frankı olacaq

28 Aprel 2017 20:17

Çilidə güclü zəlzələ

28 Aprel 2017 20:14

Tillerson: “Şimali Koreyanın ABŞ-a nüvə zərbəsi endirməsi zaman məsələsidir”

28 Aprel 2017 20:13

"Özümə qəsd edəcəyəm" - MTN polkovniki

28 Aprel 2017 20:12

Salyanda qeydiyyat şöbəsinin müdiri işdən azad edilib

28 Aprel 2017 20:12

Abid Şərifov Bakıda "Xruşşovka" tipli beton binaların sökülməsi ilə bağlı açıqlama verib

28 Aprel 2017 20:12

Yerli şou-biznesin mehriban üzvləri - FOTO

28 Aprel 2017 20:12

Əzəli rəqiblərin matçına doğru - VİDEO

28 Aprel 2017 20:12

“Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabının təqdimatı olub

28 Aprel 2017 20:07

Bakı Musiqi Akademiyasında Çingiz Abdullayevlə görüş - FOTO

28 Aprel 2017 20:05

Böyük hücumun ANONSU, əks təqdirdə QARABAĞDA MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

28 Aprel 2017 20:03

Erməni əsgər anası İrina Qazaryan: “Serj Sarqsyan oğlumun qatilinə medal verdi”

28 Aprel 2017 19:57

"Mənə anam yardımçı olur" - Teleaparıcı

28 Aprel 2017 19:57

Rusiyada kütləvi yanğın baş verib -

28 Aprel 2017 19:55

Terroru dəstəkləyən imam HƏBS OLUNDU

28 Aprel 2017 19:53

Həbs olunan məktəb direktoru zorladığı şagirdə məktub yazdı: "Tez bu səhvi düzəldin"

28 Aprel 2017 19:52

Traktorçu Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib

28 Aprel 2017 19:52

Alim Qasımovun qızı: "Atam deyir, qır çərçivələri" - FOTO

28 Aprel 2017 19:47

Keçmiş MTN əməkdaşı məhkəmədə ifadə verib: "Mənə Eldar Mahmudovun qəbul otağında bir nəfərin olduğunu dedilər"

28 Aprel 2017 19:47

İslamiada: VII yarış günündə 10 idman növü üzrə yarışlar keçiriləcək

28 Aprel 2017 19:47

Rusiyanın kəndi tamamilə yandı

28 Aprel 2017 19:43

Rusiyada bir kənd tamamilə yanıb

28 Aprel 2017 19:37

SOCAR-ın İdarəsinə beynəlxalaq inspeksiya və akreditasiya qurumlarının sertifikatları təqdim olunub

28 Aprel 2017 19:37

"Şimali Koreya ABŞ-a zərbə endirə bilər" - Tillerson

28 Aprel 2017 19:37

"Ermənistan əsgərlərinin Azərbaycanın ərazilərində nə işi var?" - XİN

28 Aprel 2017 19:37

Mətbuat Şurası Mariya Zaxarovaya cavab verdi -

28 Aprel 2017 19:37

Ötən il universitetlərə rekord sayda qəbul olub

28 Aprel 2017 19:34

Dindar qadınlardan GÖRÜNMƏMİŞ ADDIM

28 Aprel 2017 19:33

Rövşən Lənkəranskini öldürən "qanuni oğru" ilə bağlı ŞOK MƏLUMAT

28 Aprel 2017 19:32

"Liverpul"un futbolçusunu polis saxladı

28 Aprel 2017 19:27

Bakıda mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqinə dair tədbir keçirilib

28 Aprel 2017 19:22

İki evdən eyni üsulla 24 min manatlıq qızıl oğurlandı

28 Aprel 2017 19:22

Cocuq Mərcanlıda 1238 qəlpə və 2 mərmi aşkarlandı

28 Aprel 2017 19:18

Norveçdə 272 milyon dollara gəmi tuneli tikilir

28 Aprel 2017 19:17

"ASAN Xidmət"ə yeni səlahiyyət verildi -

28 Aprel 2017 19:15

Lamiyyə Ələkbərqızının anası - FOTO

28 Aprel 2017 19:12

Azərbaycan gimnastları halqalarla hərəkətlərdə finala çıxıb - FOTO

28 Aprel 2017 19:12

Abid Şərifov: "Nəvəm də qorxaraq zəng etdi ki, baba sənə nə olub"

28 Aprel 2017 19:12

"ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçiriləcək

28 Aprel 2017 19:12

Ən yaxşı baş məşqçilər - SİYAHI

28 Aprel 2017 19:12

Türkiyəli və afrikalı iş adamları Azərbaycana sərmayə qoymağa dəvət olunublar

28 Aprel 2017 19:07

Bakıda qohumlarının evini qarət edənlər tutuldu - İki kişi və bir qadın - FOTO

28 Aprel 2017 19:05

"CinemaPlus"da "Nazlı" filminin qala-gecəsi baş tutdu - FOTO

28 Aprel 2017 19:05

Yığmamızdan beynəlxalq yarışda ilk medal

28 Aprel 2017 19:03

Səlim Müslümov Goranboyda 5 şəhər və rayon sakinləri ilə görüşüb

28 Aprel 2017 19:02

Həyat yoldaşı aktyor Elməddindən niyə küsüb? - "Hər zaman susmuşam, amma..."

28 Aprel 2017 18:59

Bu DA OLDU: Ucarda qayınana gəlinini QANINA QƏLTAN ETDİ

28 Aprel 2017 18:58

Baş nazirin müavini: "Keçmiş “Sovetski"də təqribən 10 mindən çox ev sökülməlidir"

28 Aprel 2017 18:57

Qızılgül çayının faydaları

28 Aprel 2017 18:57

"Muğanbank Çek" üzrə 9-cu tiraj keçiriləcək

28 Aprel 2017 18:52