Texnologiya əsrində artıq əksər işlər kompüterdə edilir və buna görə də işçilər monitor qarşısında daha çox vaxt keçirirlər.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, kompüter qarşısında uzun müddət hərəkətsiz qalmaq “karpal tünel sindromu”nu ortaya çıxarır.
Mütəxəssislərin araşdırmasına görə, bu sindrom müalicə edilməyəndə isə iflicə səbəb olur. Sindrom əllərin sızıldaması və bəzən tutulması ilə hiss olunur.
Həkimlər məsləhət görür ki, iş şəraitində mümkün olduğu qədər hər saatda 1-2 dəfə ayağa qalxmaq və əl-ayaqları hərəkət etdirmək lazımdır. Bununla iflic riskini azaltmaq mümkündür.