"Elə bilirdilər hamiləyəm, amma xərçəng idim" - aktrisa kövrəltdi

"Elə bilirdilər hamiləyəm, amma xərçəng idim" - aktrisa kövrəltdi
01:28 8 Oktyabr 2016
170 Şou
Ölkə mətbuatı
A- A+

İngiltərəli məşhur aktrisa Leah Braknil ağciyər xərçənginə yoluxub.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, xərçəng olduğunu öyrənən aktrisa xəstə olduğunu öyrəndiyi zaman keçirdiyi hissləri bölüşüb. O jurnalistlərlə danşarkən kədərlənib:

"Bir müddətdir yoga ilə məşğul olurdum. Beş həftə öncə özümü son dərəcə yaxşı hiss edirdim, hər şey qaydasında idi. Yoga dərsləri keçirdim. Həyatımda yeni başlanğıca doğru gedirdim. Yeni bir evə köçməyə, yeni bir filmin məşqlərinə hazırlaşırdım. Amma sən saydığını say, gör fələk nə sayır. Pilləkənlə çıxarkən təngənəfəs qaldığımı hiss etdim. Qarnım birdən şişməyə başladı, kənardan baxan elə bilərdi hamiləyəm. Amma hamilə deyildim, sən demə ağır xəstəliyə tutulmuşam. Çox çətinliklə yeriyirdim və məni xəstəxanaya apardılar. Həkimlər əvvəl elə bildi ki, ürək boşluğuma su yığılıb, amma elə deyildi. Mən ağciyər xərçənginə tutlmuşdum və artıq bunun müalicəsi belə yox idi".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/171377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR