Xərçəng xəstəliyinin ilkin əlamətləri - siyahı

Xərçəng xəstəliyinin ilkin əlamətləri - siyahı
01:46 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xərçəng xəstəliyinin ilkin əlamətlərinə əhəmiyyət verməyən bir çox insan sonralar bu xəstəliyin müalicəsində ciddi çətinliklərin olması səbəbindən onun qurbanına çevrilir.

Axşam.az-ın publika.az-a istinadən xəbərin görə, həkimlər ilkin mərhələdə müdaxilə edildiyi zaman xərçəng xəstəliyinin müalicə olunduğunu bildirirlər.

Xəstəliyin ilkin əlamətlərini təqdim edirik:

1. Ayaqyoluya tez-tez getmək

Tez-tez tualetə getmək istəyinin olmasına baxmayaraq, sidiyə çıxa bilməmək əksər hallarda sidik kisəsi xərçənginin əlaməti ola bilər. Bu xəstəlik, adətən, orta yaşı keçən kişilərdə müşahidə edilir. Bu zaman onlarda sidiyin rəngi sarı və tünd qırmızı olur. Bu əlamət yumurtalıq xərçəngi zamanı da müşahidə oluna bilər.

2. Süd vəzisində dəyişikliklər

Ən çox süd vəzisində görülən kütlələr xərçəngin “müjdəçisi” kimi tanınsa da, döşdəki hər kütlə xərçəngin əlaməti deyil. Ancaq hər il mütəmadi olaraq süd vəzilərini müayinədən keçirmək erkən diaqnoz və müalicə üçün çox əhəmiyyətlidir. Döş dərisində ləkə, döş ucunun içə qayıtması, axıntı, qızartı, ya da dəri rəngində fərqlilik gördükdə mütləq həkimə müraciət edin. Həkiminiz mamoqrafiyadan sonra təhlükə olub-olmadığını müəyyən edəcək.

3. Səsin tutulması

Çox zaman səsin tutulması soyuqlama, qrip, allergiya kimi xəstəliklərin əlaməti hesab edilir. Amma bu hal uzun müddət davam edirsə, diqqətli olun. Xüsusilə siqaret çəkən şəxslər pis vərdişlərini tərgitməyə çalışmalıdır. Bu zaman həkimə müraciət etmək qırtlaq və ağciyər xərçənglərinin erkən müəyyən edilməsinə kömək edə bilər.

4. Menstruasiya dövrü olmadığı halda qanaxmaların olması

Menstruasiya olmadığınız halda ləkə şəklində axıntı gəlirsə, mütləq ginekoloqa müraciət edin. Bu qana bənzər axıntının bir çox səbəbi ola bilər. Həkim endometrial xərçəng (uşaqlıq xərçəngi) riskini müəyyən etmək üçün analizlər təyin edəcək. Xüsusi ilə klimaks dövrünə daxil olduğunuz zaman gecikmədən həkimə müraciət edin.

5. Dəri rəngində dəyişikliklər

Xalların ölçüsündə, formasında və rəngində dəyişiklik dəri xərçəngi xəstəliyinin də əlaməti ola bilər. Bu kimi hallarda həkimə müraciət edilməsini tələb edir.

6. Nəcisdə qan

Babasil və ya anal dəlikdən qaynaqlanan qanaxmalar ən çox bir və ya iki gün çəkir. İki gündən çox davam edən qanaxma olarsa, mütləq həkimə müraciət edin. Çünki bu əlamət bağırsaq xərçənginin də xəbərçisi ola bilər. Qanlı sidik isə sidik kisəsinin və böyrək xərçənginin ilk əlaməti hesab olunur.

7. Limfa düyünlərində şiş olarsa

Limfa düyünləri bədənin ətrafında kiçik və lobya şəklindəki olur. Orqanizm infeksiyalara yoluxduğu zaman bu kimi şişkinliklər təbii qəbul edilir. Ancaq leykemiya və lenfoma kimi bəzi xərçəng növləri limfa vəzilərinin şişməsinə səbəb ola bilər. Limfa vəzilərində dəyişiklik - qoltuq və ya boğazaltı limfa düyünlərində şişkinlik hiss olunarsa, diqqət olmaq lazımdır. Əgər şişlər bir ay və ya daha çox müddətdir ki, yumru şəklindədirsə, mütləq həkim nəzarətindən keçin.

8. Udma problemləri

Hər kəs hərdən bir udma problemləri yaşaya bilər, bunun üçün narahat olmağınıza ehtiyac yoxdur. Ancaq qusma varsa, həddindən artıq arıqlamısınızsa, üstəlik də udma probleminiz varsa, mütləq həkimə müraciət edin. Həkim boğaz, udlaq borusu və mədə xərçəngi diaqnozunu yoxlamaq üçün müxtəlif analizlər tələb edəcək.

9. Şişkinlik

Əgər qarnınızda bir şişkinlik var və bu iki həftədən çox davam edirsə, mütləq həkimə müraciət edin. Bu əlamət yumurtalıq xərçənginin ilkin, bəzən isə yeganə əlaməti ola bilər. Qarındakı şişkinlik ölüm riski olan bağırsaq xərçənginin də əlamətlərindən biri sayıla bilər. Problemin səbəbini axtarmaq üçün ginekoloji müayinə, qan testləri və ultrasəs müayinəsi edilir.

10. Dırnaq üzərində cızıqlar

Ayaq və ya əl dırnaqlarında müşahidə edilən tünd rəngli cızıqlar dəri xərçənginin əlaməti ola bilər. Bu əlaməti qulaqardına vurmaq lazım deyil. Bundan əlavə, xroniki yaralar, yara izləri, bəzi rəngi və ya forması dəyişik olan xallar belə xərçəngin erkən müəyyən edilməsində böyük rol oynayır.

11. Pəhriz saxlamadığınız halda qəfildən arıqlamısınzısa...

Pəhriz və idman vərdişlərində heç bir dəyişiklik olmadığı halda birdən-birə arıqlamaq yaxşı əlamət deyil. Daha ağır nəticələrlə qarşılaşmamaq üçün səhhətinizə laqeyd yanaşmayın. Həddindən artıq arıqlamaq mədəaltı vəzi, mədə və ağciyər xərçənglərinin də əlaməti ola bilər.

Arıqladığınızı ciddi stress ilə əlaqələndirə bilərsiniz. Lakin unutmayın ki, stress arıqlamağa səbəb olduğu kimi çox ciddi xəstəliklərə də yol açır.

12. Mədə yanması

Çox yemək, spirt və ya stress mədə qıcqırmasına səbəb ola bilər. Mədə yanması və qıcqırması problemini aradan qaldırmaq üçün pəhriz saxlamaq təklif olunur. Lakin pəhriz saxladığınız halda mədə ağrısı davam edirsə, həkimə gedin. Mədə yanması mədə, boğaz və yumurtalıq xərçənginin də xəbərçisi ola bilər.

13. Ağızda dəyişikliklər

Əgər siqaret çəkirsinizsə, həmçinin ağız içində və ya dodaqlarda ağ və ya parlaq qırmızı ləkələr varsa, bu əlamətlər ağız xərçənginin xəbərçisi ola bilər. Testlər və müalicə haqda həkimlə məsləhətləşin.

14. Yüksək hərarət

Düşməyən və səbəbi bəlli olmayan yüksək hərarət leykemiya və ya başqa bir qan xərçənginin xəbərçisi ola bilər. Bu səbəblə düşməyən və tez-tez təkrarlayan hərarət zamanı mütləq həkimə gedin.

15. Öskürək

Çox vaxt qrip və soyuqdəymənin simptomu kimi məlum olan öskürək 3-4 ay davam edərsə, həkimə müraciət etmək lazımdır.

16. Yeməkdən sonra həzm problemi

Az yeməkdən sonra belə toxluq hiss etmək yumurtalıq, mədəaltı vəz və ya mədə xərçənginin əlaməti ola bilər. Mədəaltı vəzi xərçəngi ən çətin müalicə edilən xəstəlik olduğu üçün erkən diaqnoz qoyulmalıdır. Bu xərçəng növünün ən çox rast gəlinən əlamətləri iştahanın itməsi, çəkinin sürətlə azalması, gözlərin və ya dərinin saralması, solğunluq, sürüşkən nəcisdir.

17. Ağrı

Xərçəngin ilk əlamətləri ağrıya səbəb olmur. Amma bədəndə davam edən ağrı sümük, beyin və ya digər xərçəng xəstəliklərinin göstəricisi ola bilər. Bir ay və ya daha uzun davam edən və səbəbi açıqlanmayan ağrılar üçün mütləq həkimə müraciət edin.

18. Qarın ağrısı və depressiya

Çox nadir olaraq görülsə də, qarın ağrısı və depressiya mədəaltı vəzi xərçənginin əlamətləridir. Bu səbəbdən mütləq ətraflı müayinə üçün həkimə müraciət edin.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Toy gecəsi yaranan problemlər - "Qorxu bəzən o qədər çox olur ki..."

29 Mart 2017 21:05

Evdə partlayış oldu: qadın yaralandı

29 Mart 2017 21:04

"Bir qutu siqaret alın uşağımın beynini dağıtdığım yeri sizə göstərim" - 7 yaşlı uşağını öldürən ata

29 Mart 2017 20:57

Şəmkirdə yaşayış evində partlayış - Xəsarət alan var

29 Mart 2017 20:57

"Vucudum belədir, kimsəyə ehtiyacım yoxdur" - FOTO

29 Mart 2017 20:57

Əsəd rejimi Dəməşqi bombaladı

29 Mart 2017 20:54

Dünənki yanğın aparıcının evini yararsız hala saldı

29 Mart 2017 20:53

Tanınmışlar İnstagram-da bunları paylaşdılar - FOTO

29 Mart 2017 20:52

"Allahım, məni ədəbli görünüb, ədəbi olmayandan uzaq tut" - Fatimə

29 Mart 2017 20:47

Azərbaycan millisinin üzvü “Bursaspor”a keçdi

29 Mart 2017 20:44

84 yaşlı kişi həyətdə özünü asdı

29 Mart 2017 20:43

17 yaşlı qızı meşəyə aparıb zorladı - Cəzası AĞIR OLDU

29 Mart 2017 20:42

"Barselona" sabiq oyunçusunu geri qaytarır

29 Mart 2017 20:38

Ona "trans" deyən dostunu bıçaqladı - "Mən ona dalağımı, böyrəyimi, hər şeyimi verərəm"

29 Mart 2017 20:37

DİQQƏT: "Galaxy S8" gəlir

29 Mart 2017 20:32

Hakan Hadisə ilə deyil, bacısı ilə sevgili imiş

29 Mart 2017 20:27

Kiralıq ər axtarırlar - FOTO

29 Mart 2017 20:22

Şamaxıda torpaq sürüşməsi yenidən aktivləşib –

29 Mart 2017 20:20

Əli İnsanovun məhkəməsinin vaxtı açıqlandı

29 Mart 2017 20:19

Putinlə Tramp nə vaxt görüşəcək?

29 Mart 2017 20:18

Azərbaycanlı model adada belə dincəlir - FOTO

29 Mart 2017 20:17

Şamaxıda torpaq sürüşmə yenidən aktivləşdi

29 Mart 2017 20:14

Güneldən nişanlısına ismarıc: "Gücünü yalnız sizə sərf edən…"

29 Mart 2017 20:12

Elnur Nağızadənin fotosu "Axtarışda olanlar"ın siyahısında - FOTO

29 Mart 2017 20:05

"Dünya iqtisadiyyatı keyfiyyət artımına yönəlməlidir, Azərbaycan da artıq bu yolda addımlayır"

29 Mart 2017 20:05

Qarabağ üçün GİZLİ SAZİŞ, o ərazilər AZƏRBAYCANA... - GÜNÜN SİYASİ XÜLASƏSİ

29 Mart 2017 20:03

Tanınmış teleaparıcının evinə yanğından güclü ziyan dəydi: "Evim su içindədir..." - FOTO

29 Mart 2017 19:57

Sevil və Sevincin bahalı maşını - FOTO

29 Mart 2017 19:57

Xaricdə uğur qazanmış azərbaycanlı gənclər -

29 Mart 2017 19:56

Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən… - FOTO

29 Mart 2017 19:52

Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar? - FOTO

29 Mart 2017 19:52

Günü-gündən arıqlayan Lalədən yeni FOTOlar

29 Mart 2017 19:47

Sərnişinin həyatını xilas edən sürücü MÜKAFATLANDIRILDI - FOTO/VİDEO

29 Mart 2017 19:43

Putinlə Trampın görüşəcəyi vaxtı Lavrov AÇIQLADI

29 Mart 2017 19:42

"Nəyə görə minlərlə insanın əmanətini 1 ildən çox həbs altında saxlamalıyıq?"

29 Mart 2017 19:42

Ferrarinin cəsədini oğurlayarkən yaxalandılar

29 Mart 2017 19:38

Türkiyəli atletlərin olimpiya medalları alındı - ŞOK QƏRAR

29 Mart 2017 19:34

Trenajor zalında FACİƏVİ OLAY - İdmançının ayağı qırıldı

29 Mart 2017 19:32

Bred Pit və Ancelina Coli gizli görüşür

29 Mart 2017 19:32

Könülə brilliant üzük bağışladılar - FOTO

29 Mart 2017 19:27

Selfi çəkmək istəyəndə həlak oldular

29 Mart 2017 19:27

Futbolçulara viaqra içirdib meydana buraxdılar

29 Mart 2017 19:22

Aleksis Sançez tarixə düşməyə yaxındır

29 Mart 2017 19:17

İtaliya mediası Bakıdan yazdı

29 Mart 2017 19:13

ABŞ-da Konqres binası yaxınlığında silahlı insident baş verib

29 Mart 2017 19:13

Məşhur tenniçsi qadın çimərlikdə - FOTO

29 Mart 2017 19:12

“Lokomotiv” Azərbaycan çempionu oldu

29 Mart 2017 19:07

Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəlir - FOTO

29 Mart 2017 19:05

ABŞ Konqresi yaxınlığında ATIŞMA

29 Mart 2017 19:05

Akademik Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edildi

29 Mart 2017 19:03