Azərbaycanda ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi qaydası müəyyən edilib

Azərbaycanda ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi qaydası müəyyən edilib
04:07 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Güzəştli ipotekanın həcminin artırılması nə vəd edir? (06 Aprel 2017 23:12)
Narkotiklə bağlı səlahiyyətli orqanlar müəyyənləşdi (05 Aprel 2017 21:13)
İpoteka ilə bağlı MÜHÜM FƏRMAN (04 Aprel 2017 21:37)

Bakı. 8 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, sənəd “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanının 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.
Ümumi müddəalara görə, bu qayda “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci 27 oktyabr il tarixliFərmanının 4.8-ci bəndinə uyğun olaraq hazırlanıb və “Azərbaycan İpoteka Fondu”ASC-nin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtləri və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini müəyyən edir.
Bu qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1. Dövlət zəmanəti - Zamin tərəfindən Emitentin emissiya etdiyi dövlət zəmanəti ilə təmin edilmiş ipoteka istiqrazları (bundan sonra – ipoteka istiqrazları) üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı məqsədi ilə verilmiş yazılı öhdəlik;
1.2. Emitent - ipoteka istiqrazlarının emissiyasını bu Qaydaya uyğun həyata keçirən “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti;
1.3. Emitentin ödəniş agenti - Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi. Emitentin ödəniş agentinin əsas funksiyasına istiqrazlar üzrə öhdəliklərin yerinə yetirilməsi daxildir;
1.4. İstiqrazın emissiyası haqqında qərar – ipoteka istiqrazlarının buraxılması haqqında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin qərarı;
1.5. İstiqraz mülkiyyətçiləri - istiqrazlar üzrə mülkiyyət hüququ mərkəzi depozitarda qeydə alınmış hüquqi və ya fiziki şəxslər;
1.6. Zamin - Azərbaycan Respublikası adından çıxış edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
1.7. Zaminin ödəniş agenti - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi.
İpoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtləri bunlardır:
1.Azərbaycan Respublikası adından dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə öhdəliklərin icrasını təmin edən icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) çıxış edir.
2. Zamin tərəfindən dövlət zəmanəti üzrə öhdəliklər ipoteka istiqrazlarının emissiya şərtlərində nəzərdə tutulmuş ipoteka istiqrazlarının nominal dəyəri və (və ya) onlar üzrə qismən və ya tam faiz ödənişləri üzrə öhdəliklərinEmitent tərəfindən yerinə yetirilmədiyi təqdirdə icra edilir. Emitent tərəfindən ipoteka istiqrazlarının mülkiyyətçiləri qarşısında digər öhdəlikləringecikdirilmiş icrası və ya icra olunmaması zaminlik predmetinə aid edilmir.
3. Emitentin ipoteka istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alındığı andan etibarən dövlət zəmanəti qüvvəyə minir və zəmanət ipoteka istiqrazlarının dövriyyə müddəti ərzində qüvvədə qalır. İpoteka istiqrazları üzrə öhdəliklərin icrası tam başa çatdıqdan sonra zəmanətə xitam verilir.
4. Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının nominalı Azərbaycan Respublikasının milli valyutasında ifadə edilir.
5. Emitent tərəfindən emissiya edilən ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği Zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınır.
6. Emitentin emissiya etdiyi ipoteka istiqrazları üzrə dövlət zəmanətinin xüsusi şərtləri Zamin ilə Emitent arasında bağlanan Zəmanət Sazişi ilə müəyyən olunur. Zəmanət Sazişində emissiya edilən ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsinin əsas şərtləri, Zaminin və Emitentin hüquq və öhdəlikləri təsbit olunur.
7. Emitentin emissiya etdiyi ipoteka istiqrazları dövriyyədə olduğu müddətdə Emitent tərəfindən cəlb edilən bütün kreditor borcları, o cümlədən zəmanətsiz emissiya ediləcək istiqrazların buraxılışı Zaminlə razılaşdırılır.
8. Dövlət zəmanəti üzrə öhdəliklərin icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.
İpoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi mexanizmi
1. Emitent hər il sentyabr ayının 1-dək dövlət zəmanətinin verilməsi üzrə rəsmi müraciətlə yanaşı, aşağıdakı sənədləri Zaminə təqdim edir:
1.1 ipoteka istiqrazlarının emissiyası haqqında qərar;
1.2. dövlət zəmanəti tələb edilən borcalmanın məqsədini şərh edən biznes-plan;
1.3. növbəti il ərzində buraxılması nəzərdə tutulan istiqrazların, o cümlədən, ipoteka istiqrazlarının emissiyası haqqında məlumat (buraxılışların həcmi, ehtimal olunan gəlirlilik dərəcəsi, faizlərin ödənilməsi qaydası);
1.4. müstəqil auditor tərəfindən təsdiq edilmiş son iki il üçün maliyyə hesabatları;
1.5. kredit təşkilatlarına borcu, digər borcları və onlara xidmət göstərilməsi haqqında məlumatı özündə əks etdirən İdarə Heyəti sədrinin məktubu;
1.6. lisenziyaya malik olan investisiya şirkəti və ödəniş agenti ilə müqavilə.
2. Zamin təqdim edilmiş sənədlər əsasında müvafiq il üzrə daxili dövlət borcunun yuxarı həddinə (limitinə) uyğun olaraq dövlət zəmanətinin məbləğini müəyyən edir və bu məbləğ çərçivəsində ipoteka istiqrazlarının nominal dəyərinin və (və ya) onlar üzrə qismən və ya tam faiz ödənişlərinin dövlət zəmanəti ilə təmin edilməsinə dair qərar verir və dövlət zəmanəti Maliyyə Nazirliyi tərəfindən imzalanır. Qərar verildikdən sonra Zaminlə Emitent arasında Zəmanət Sazişi bağlanılır.
3. Emitent dövlət zəmanəti ilə təmin edilmiş ipoteka istiqrazlarının hər buraxılışı zamanı həmin ipoteka istiqrazlarının yerləşdirmə qiymətini Zaminlə razılaşdırır. İpoteka istiqrazlarının yerləşdirmə qiyməti Zamini qane etmədiyi təqdirdə, Zamin həmin istiqraz buraxılışına dövlət zəmanətinin verilməsindən imtina etmək hüququna malikdir.
4. İpoteka istiqrazlarının yerləşdirilməsi başa çatdıqdan sonra Emitent tərəfindən hər bir hərracın nəticələri haqqında hesabat Zaminə təqdim edilir.
5. Emitent tərəfindən ipoteka istiqrazları vasitəsilə əldə edilmiş vəsaitin istifadəsi haqqında icmal-hesabat Zaminə rüblük olaraq təqdim edilir.
İpoteka istiqrazlarının emissiyasının illik həcmi, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi
1. “Azərbaycan İpoteka Fondu” ASC-nin uzunmüddətli ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi barədə təkliflər ətraflı bazar araşdırmasına əsaslanaraq həmin Cəmiyyətin İdarə Heyəti tərəfindən Müşahidə Şurasına təqdim edilir.
2. Müşahidə Şurası ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edir.
3. Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa daxil edilməsi üçün daxili dövlət borclanmasının yuxarı həddi (limiti) barədə təkilflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini nəzərə alır.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Çəkilişlər zamanı çimərlik geyimi başına oyun açdı - FOTO

26 Aprel 2017 21:47

İŞİD yeni silahlarını sınaqdan keçirir - MƏRUZƏ

26 Aprel 2017 21:43

“Şimali Koreya ABŞ-la müharibədən qorxmur” - BƏYANAT

26 Aprel 2017 21:39

Venesuelada həbsxanada baş vermiş iğtişaş zamanı 13 məhbus ölüb

26 Aprel 2017 21:37

Faiq Ağayev: "Dedi, nolar, pencəyini mənə ver, vermədim"

26 Aprel 2017 21:37

FİFA prezidenti 2018-ci il dünya çempionatında tətbiq ediləcək yeniliyi açıqlayıb

26 Aprel 2017 21:37

Aparıcı Nurlana: "Kişilərin sevgi mesajlarını oxumuram" - FOTO

26 Aprel 2017 21:37

Arıqlamağa kömək edən və qaraciyəri təmizləyən ÇAY

26 Aprel 2017 21:32

Putinin qızı evini satışa çıxardı - FOTOLAR

26 Aprel 2017 21:28

Vanqanın 2017-ci ilin may ayı üçün DƏHŞƏTLİ PROQNOZU -

26 Aprel 2017 21:24

Məşhur müğənni yeni görüntüsünü sosial şəbəkədə paylaşıb - FOTO

26 Aprel 2017 21:22

Azərbaycanlı aktyor: "Evlənmək istəyirəm"

26 Aprel 2017 21:22

Bu il azərbaycanlı müğənnilərin toy qiyməti - SİYAHI

26 Aprel 2017 21:17

Həbsxanada qarşıdurma - 13 ölü

26 Aprel 2017 21:13

Məşhurların əsil adları

26 Aprel 2017 21:12

Onlar necə belə cavan qalır? - 40-dan 70-ə... - FOTO

26 Aprel 2017 21:12

Faiq Əmirlinin vəkilləri istintaqa vəsatət verib

26 Aprel 2017 21:12

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

26 Aprel 2017 21:09

ABŞ və Çin arasında müharibə təhlükəsi - XƏBƏRDARLIQ

26 Aprel 2017 20:58

Nəcməddin Sadıkov Beynəlxalq müdafiə sərgisində iştirak edib -

26 Aprel 2017 20:58

Nişanlısını yataqda başqa oğlanla tutdu: şəkillərini çəkib paylaşdı - FOTO

26 Aprel 2017 20:57

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

26 Aprel 2017 20:57

Dünyanın ən nüfuzlu məşhurları üçün əyləncə gecəsi - FOTOLAR

26 Aprel 2017 20:48

"Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur" - XİN

26 Aprel 2017 20:47

CHP Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək -

26 Aprel 2017 20:46

Naxçıvanda kikboksinq turnirinə start veriləcək

26 Aprel 2017 20:37

20 yaşlı qızı meşəyə aparıb zorladı: polisə deməməsi üçün təhdid etdi - FOTO

26 Aprel 2017 20:37

Hamilə tennisçi erməni nişanlısı ilə dincəlir - FOTO

26 Aprel 2017 20:32

Türkiyəli aktyor həbs olundu

26 Aprel 2017 20:29

Həbsxanada dustaqlar arasında qarşıdurma - 13 ÖLÜ

26 Aprel 2017 20:27

Bu fotodakı təhlükəni görürsünüz? - FOTO

26 Aprel 2017 20:27

Ukrayna səfirliyi Azərbaycan şirkətlərinə açılmış cinayət işləri ilə bağlı məsələni şərh edib

26 Aprel 2017 20:27

Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur -

26 Aprel 2017 20:24

ABŞ Rusiyaya nüvə zərbəsi endirmək imkanına malikdir - MOSKVADAN SOS

26 Aprel 2017 20:23

49 yaşı olsa da, yarıçılpaq sessiyaya çəkildi - FOTO

26 Aprel 2017 20:17

“Qarabağ”ın hücumçusu ən yaxşı legioner seçildi

26 Aprel 2017 20:14

“Nazlı”nın təqdimatı baş tutdu - EKSKLÜZİV

26 Aprel 2017 20:13

"Bir aya 10 min alıram" - Pərvin

26 Aprel 2017 20:12

Almaniyada “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq konfrans olacaq

26 Aprel 2017 20:12

Ətir vurmadan da gözəl qoxa bilərsiniz - YOLLARI

26 Aprel 2017 20:12

Rusiyadan Azərbaycana müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib

26 Aprel 2017 20:07

"Nyukasl"ın icraçı direktoru HƏBS OLUNDU

26 Aprel 2017 20:05

Məzunlarımız məktəb proqramının təxminən yarısını mənimsəmirlər - STATİSTİKA

26 Aprel 2017 20:05

Aprelin 28-dən sonra QARABAĞDA MÜHARİBƏ, 10 dəqiqə ƏRZİNDƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Aprel 2017 20:03

Gəncədə tələbələr üçün “Məzun 2017” adlı əmək yarmarkası keçirilib

26 Aprel 2017 20:02

Səməd Səmədov: "Ara mahnıları oxuyandan sonra məşhur oldum" - VİDEO

26 Aprel 2017 19:59

İngilis futbolçu 18 ay futboldan uzaqlaşdırıldı -

26 Aprel 2017 19:57

Azərbaycan şirkətləri Yaltadakı forumda iştirak edəcək? - AÇIQLAMA

26 Aprel 2017 19:52

Krım sahillərində faşist gəmisi tapıldı

26 Aprel 2017 19:48

Azərbaycan musqiçiləri Beynəlxalq Mahnı Festivalına qatılacaqlar

26 Aprel 2017 19:47