Sabiq prezident rüşvət aldığını etiraf etdi - FİFA qalmaqalı

Sabiq prezident rüşvət aldığını etiraf etdi - FİFA qalmaqalı
04:19 8 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri,  Kosta-Rika Futbol Federasiyasının eks-prezidenti Eduardo Li 1 milyon dollar məbləğində rüşvət aldığını etiraf edib.

 

APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə, E.Li futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.

 

2015-ci ildə saxlanılan Eduardo Li ABŞ-a ekstradisiya edilib.

 

Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR