Futbolçu həbsdən yayınmaq üçün oyun zamanı simulyasiya etdi

Futbolçu həbsdən yayınmaq üçün oyun zamanı simulyasiya etdi
05:44 8 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Ekvador yığmasının futbolçusu Enner Valensiya həbsdən yayınmaq üçün oyun zamanı simulyasiya edərək təcili tibbi yardım avtomobilində stadionu tərk edib.

 

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 7-də DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçirilən Ekvador-Çili qarşılaşması zamanı baş verib. Matçın 82-ci dəqiqəsində Valensiya özünü pis hiss etdiyini bildirib və stadionu təcili tibbi yardım avtomobilində tərk edib, onun ardınca isə polislər düşüblər.

 

Bildirilir ki, E.Valensiya vergidən yayınmaqda ittiham olunur. Belə ki, hücumçu beş yaşlı qızına 17 min dollar məbləğində aliment ödəməlidir. Məhz bu səbəbdən polis onun saxlamağa cəhd göstərib.

 

Qeyd edək ki, qarşılaşma Ekvador millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İngiltərənin “Everton” klubunda çıxış edən Valensiyanın illik qazancı 1,7 milyon funt sterlinq təşkil edir. Hücumçu 2016/2017 mövsümündə beş oyuna çıxsada, qol vura bilməyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR