DÇ-nin seçmə mərhələsi: Portuqaliya asan, Fransa əzmkar qələbə qazanıb

DÇ-nin seçmə mərhələsi: Portuqaliya asan, Fransa əzmkar qələbə qazanıb
06:02 8 Oktyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları davam edir.
"Report" xəbər verir ki, ikinci oyun günündə "A", "B" və "H" qruplarında yer alan yığma komandalar mübarizə aparıb.
Son Avropa çempionatının finalçıları olan Portuqaliya və Fransa yığmaları ev oyunlarında qalib gəlsələr də, matçları fərqli alınıb. Belə ki, fransızlar penaltidən erkən qol buraxdıqları Bolqarıstanla matçda dönüş edərək əzmkar qələbə qazana biliblər. Portuqaliya isə autsayder Andorranın qapısına 6 cavabsız qol vurub ki, bunlardan 4-ü poker edən kapitan Kriştianu Ronaldunun payına düşüb. O, millidə ilk dəfə olaraq pokerə imza atıb. Andorra millisinin 2 futbolusunun qırmızı vərəqə alması da diqqət çək məqam olub.
Ümumilikdə keçirilən 9 oyunun hamısında qol vurulub. Əsas sensasiya kimi Latviyanın evdə Farer adalarına uduzmadığını göstərmək olar. Digər Baltikyanı təmsilçi Estoniya da özündən zəif rəqibi - Cəbəllütariqi qəbul etsə də, darmadağınla qalib gəlib.
Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur
A qrupu
22:45. Fransa - Bolqarıstan - 4:1
Qollar: Kevin Qameyro, 23, 65 Dimitri Payet, 26, Antuan Qrizmann, 38 - Mihail Aleksandrov, 5-pen
Sen-Deni. "Stad-de-Frans" stadionu
22:45. Luksemburq - İsveç - 0:1
Qol: Mikael Lustiq, 58
Qırmızı vərəqə: Kevin Malqet, 82 (Lüksemburq, ikinci sarı)
Luksemburq. "Jozi Bartel" stadionu
22:45. Hollandiya - Belarus - 4:1
Qollar: Kvinsi Promes, 15, 35, Devi Klaassen, 56, Vinsent Yanssen, 71 - Aleksey Rios, 48
Rotterdam. "De Keyp" stadionu
Xal durumu: Hollandiya - 4. Fransa - 4. İsveç - 4. Bolqarıstan - 3. Belarus - 1. Luksemburq - 0.
B qrupu
22:45. Portuqaliya - Andorra - 6:0
Qollar: Kriştianu Ronaldu, 2, 4, 47, 68 Joao Kanselo, 44, Andre Silva, 86
Qırmızı vərəqələr: Jordi Rubio 62, (ikinci sarı), Mark Rebes, 71 (birbaşa, hər ikisi Andorra)
Aveyru. "Munitsipal de Aveyru" stadionu
22:45. Macarıstan - İsveçrə - 2:3
Qollar: Adam Szalai, 53, 72 - Haris Seferoviç, 51, Rikardo Rodriges, 68, Valentin Stoker, 90
Budapeşt. "Qroupama Arena"
22:45. Latviya - Farer adaları - 0:2
Qollar: Sonni Raqnar Hattestad, 19, Joan Edmundsson, 70
Riqa. "Skonto" stadionu
Xal durumu: İsveçrə - 6. Farer adaları - 4. Portuqaliya - 3. Latviya - 3. Macarıstan - 1. Andorra - 0.
H qrupu
22:45. Belçika - Bosniya və Herseqovina - 4:0
Qollar: Emir Spahiç, 26, Eden Azar, 29, Tobi Alderveyreld, 60, Romelu Lukaku, 79
Brüssel. "Rua Boduen" stadionu
22:45. Yunanıstan - Kipr - 2:0
Qollar: Konstantinos Mitroğlu, 12, Petros Mantalos, 43
Pirey. "Georgios Karaiskakis" stadionu
22:45. Estoniya - Cəbəllütariq - 4:0
Qollar: Mattias Kayt, 47, 70, Konstantin Vasilyev, 52, Sergey Mosnikov, 88
Tallin. "Le Kok Arena"
Xal durumu: Belçika - 6. Yunanıstan - 6. Bosniya və Herseqovina - 3. Estoniya - 3. Kipr - 0. Cəbəllütariq - 0.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/dc-nin-secme-merhelesi-portuqaliya-asan-fransa-ezmkar-qelebe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR