"Ərim anamla danışmağa icazə vermir və məni kölə adlandırır..."

"Ərim anamla danışmağa icazə vermir və məni kölə adlandırır..."
07:22 8 Oktyabr 2016
548 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər ananız sizin ailə işlərinizə qarışaraq fitnə yaratmırsa, ərinizin sizə ananızla danışmağa qadağa qoymasına heç bir haqqı yoxdur və buna görə günah qazanır. Ərinizə əgər bacarırsınıza özünüz, əks halda sözünü eşidib dinlədiyi ağsaqqallar və ya qohumlar nəsihət etməlidirlər ki, Allahdan qorxsun və Onun qoyduğu həddləri aşmasın. Xüsusən əgər ananız xəstədirsə, bu halda o özü də sizinlə birlikdə ananızı ziyarət etməlidir. 

Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "Qoy onun (peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar." (ən-Nur, 63).
Heç bir Quran ayəsində və ya hədisdə kişi hökmdar, qadın isə kölə adlandırılmayıb, çünki onların hər iksinin bir-biri üzərində haqları var. Yalnız qadının günah olmayan işlərdə ərinə tabe olması bildirilib. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir." (əl-Bəqərə, 228)
Siz daha səbirli olmaq və müxtəlif hallarda öz haqlarınızı bilmək üçün dini biliklərinizi artırın. Öz əxlaqınızı gözəlləşdirin, ibadətləri və xeyirli əməlləri çoxaldın, ola bilsin əriniz bundan təsirlənsin. Həmçinin, Allaha çox dua edin, çünki qəlblər Allahın əlindədir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR