2020-ci ilə mobil texnologiyalar üzrə qlobal xərclər 1,7 trilyon dolları ötəcək

2020-ci ilə mobil texnologiyalar üzrə qlobal xərclər 1,7 trilyon dolları ötəcək
07:38 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“IDC” analitik şirkətinin qiymətləndirməsinə əsasən, bu il mobil texnologiyalar üzrə qlobal xərclər 1,5 trilyon ABŞ dolları təşkil edəcək. 2020-ci ilə bu göstəricinin 1,7 trilyon dolları ötəcəyi gözlənilir.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, mütəxəssislər hər il mobil texnologiyalardan əldə olunan qlobal gəlirin təxminən 40 milyard dollar artacağını proqnozlaşdırır.

2020-ci ilə proqram təminatı bazarında xərclərin həcmi 15 faizdən artacaq. Mobil texnologiyalar üzrə xərclərin 50 faizdən çox hissəsinin istehlak xərclərinin təşkil etməsinə baxmayaraq, “IDC” mobil məhsul və həllərə böyük vəsait ayıran bir neçə sahənin adını çəkib. 2020-ci ilə bank sektorunda mobil texnologiyalara yatırılan investisiyaların həcminin isə 100 milyard dolları ötəcəyi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/171369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR