Baş nazir parlamentdə oyun oynadı

Baş nazir parlamentdə oyun oynadı
08:12 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Norveçin baş naziri Erna Sulberq parlamentdə keçirilən müzakirələr zamanı "Pokemon Go" oyunu oynayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, siyasətçini oktyabrın 5-də pokemon oynayan görüblər.

Nəşr iddia edir ki, E.Sulberqin "Pokemon Go" oyununun böyük həvəskarı olması sirr deyil. Məsələn, Slovakiyaya rəsmi səfəri zamanı o, hətta pokemon tutmağa da vaxt tapıb.

Bu, artıq ilk belə hal deyil ki, norveçli siyasətçiləri parlamentdə "Pokemon Go" oynayan yerdə tuturlar. Bundan əvvəl isə Norveçin Liberal Partiyasının sədri Şey Qrande parlamentdə ölkənin müdafiə siyasətinə həsr olunmuş iclasında pokemon oyunu oynayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR