“Pokemon Go” gündəlik 2 milyon dollar gəlir gətirir

“Pokemon Go” gündəlik 2 milyon dollar gəlir gətirir
08:17 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Hər gün "Nintendo" şirkəti "Pokemon Go" əlavəsinin sayəsində 2 milyon dollar gəlir əldə edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, statistika sutkada 700 min insanın mobil oyunu öz cihazına yüklədiyini göstərir.

Analitiklərin sözlərinə görə, bundan öncə "Nintendo" hər gün 16 milyon dollar gəlir əldə edib. Hazırda bu göstəricilər düşüb və bu normaldır.

"Pokemon Go" olduqca populyar oyun olub və onun ətrafında əsl ajiotaj müşahidə olunmaqdadır. Hazırda oyun stabil gəlir gətirir. Bundan başqa, şirkət yaranmış vəziyyətdən razıdır.

Statistika bu oyunun rəsmi təqdimatı olmayan ölkələri nəzərə almır. Çin, Cənubi Koreya və Rusiya barədə məlumatlar statistikaya daxil deyil. Ancaq "Nintendo" bu ölkələrdən də gəlir əldə edir

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR