Çinin nəhəng masaüstü kompüter istehsalçısı "Lenovo" şirkəti Yaponiyanın "Fujitsu" şirkətinin alınması ilə bağlı danışıqlar aparır.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Lenovo" yapon şirkətinin kompüter biznesinə nəzarəti ələ keçirmək niyyətindədir.
Qeyd edilir ki, bu razılaşma "Fujitsu" şirkətinə informasiya texnologiyalarına xidmət sahəsində və kommersiya fəaliyyətinin digər istiqamətlərində diqqətini cəmləşdirməyə imkan verəcək. Şirkətlər razılaşmanı oktyabrın sonuna qədər imzalamağı planlaşdırırlar.
Milli.Az