Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu avtobuslar metrostansiyaların qarşısında tıxac yaradır - SİYAHI (VİDEO)

Bu avtobuslar metrostansiyaların qarşısında tıxac yaradır - SİYAHI (VİDEO)

Date: 8 October 2016 08:33

Son dayanacaq kimi nəqliyyat vasitələrinin və əhalinin ən sıx olduğu ərazilərdən istifadə edirlər. Bu da həmin ərazidə tıxacların yaranmasına səbəb olur.

Söhbət 30, 50 və 64 saylı xətt üzrə hərəkət edən marşrutlarda hərəkət edən avtobuslarından gedir. Həmin avtobusların son dayanacaq yeri "Neftçilər" metrostansiyasının yanxınlığıdır. Nəqliyyat vasitələrinin və əhalinin sıx olduğu həmin ərazidə avtobusların da bu cür toplaşması tıxaclara və narahatlıqlara səbəb olur.

Avtobus sürücüləri deyir ki, son dayanacaq kimi sözügedən ərazi təyin edildiyi üçün avtobusları da orada saxlamaq məcburiyyətindədirlər.

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda qurumun əməkdaşları tərəfindən araşdırma aparılır və həmin marşrut avtobuslarının son dayanacaq nöqtəsi yaxın vaxtlarda dəyişdiriləcək.

Qara Qarayev prospekti ilə hərəkət edən marşrutlarda optimallaşdırma tədbirləri də aparılacaq.


Tags:  avtobuslar metrostansiyaların qarşısında tıxac yaradır SİYAHI VİDEO

RƏYLƏR


Top news