Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Galaxy Note 7” yandı, təyyarə boşaldıldı

“Galaxy Note 7” yandı, təyyarə boşaldıldı

"Galaxy Note 4" partladı - 5 yaşlı uşaq xəsarət aldı - FOTO (14 Mart 2017 16:37)
“Samsung” “Note 7” böhranından necə çıxdı? (07 Mart 2017 23:22)
Samsung Galaxy Note 7 yenidən satılacaq (25 Fevral 2017 07:42)

Tarix: 8 Oktyabr 2016 08:42

ABŞ-ın Luisvill şəhərindən Baltimora uçmağa hazırlaşan, "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri uçuşa az qalmış təxliyyə edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna səbəb təyyarənin içərisində "Samsung Galaxy Note 7" smartfonunun öz-özünə alışaraq tüstülənməsidir. Ümumilikdə 75 sərnişin təyyarədən çıxarılıb. Smartfonun yerə düşməsindən sonra təyyarənin döşəməsindəki xalının kiçik hissəsinə zərər dəyib.
 
Maraqlıdır ki, smartfonun sahibi qüsur aşkarlanan "Galaxy Note 7"ni iki həftə əvvəl yenisi ilə dəyişdiribmiş.
 
Sentyabrın əvvəlində "Samsung" öz müştərilərinə müraciət edərək "Galaxy Note 7"ni söndürməyi və tezliklə yenisi ilə dəyişdirməyi məsləhət görüb. Şirkətdən smartfonların öz-özünə alışması və partlamasını batareyadakı qüsurla izah ediblər.
 
Xatırladaq ki, ötən həftə ABŞ-ın Detroyt şəhərindən Hollandiyaya uçan sərnişin təyyarəsi "Samsung" planşetinin yanması ilə əlaqədar İngiltərəyə məcburi eniş etmişdi.

Milli.Az


Teqlər:  Galaxy Note yandı təyyarə boşaldıldı



RƏYLƏR


Top xəbərlər