AFFA-nın baş katibi: "Bizə lazımdır ki, meydana daxil olanda rəqibdə qorxu hissi yaransın"

AFFA-nın baş katibi: "Bizə lazımdır ki, meydana daxil olanda rəqibdə qorxu hissi yaransın"
08:42 8 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Elxan Məmmədov: "Bursaspor" AFFA-dan xəbərsiz Prosineçki ilə danışıqlar aparıbsa, bu, etikaya uyğun deyil" (11 İyun 2017 17:02)
AFFA prezidenti ilə UEFA-nın baş katibi arasında görüş olub (08 İyun 2017 16:57)
UEFA-nın baş katibi Bakıda səfərdədir (08 İyun 2017 16:50)

Bakı. 8 oktyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi zamanı brifinq keçirib.
Assosiasiya rəsmisi "Report"un da suallarını cavablandırıb:
Norveç yığması ilə sabahkı ev oyunu ilə bağlı düşüncələrinizi bölüşərdiniz...
- Bu, seçmə mərhələdə Bakıda - evdə ilk oyunumuzdur. Təbii ki, milli seçmə mərhələyə qələbə ilə başlayandan sonra, azarkeşlər növbəti 3 xalı gözləyir. Bildiyiniz kimi, Norveç yığması ilə ötən seçmə mərhələdə 2 dəfə oynamışıq. Təəssüf ki, Bakıda məğlub olmuşduq. Ancaq Robert Prosineçkinin gəlişindən sonra komandamız səfərdə 1 xalı qazandı. Bunu nəzərə alaraq düşünürəm ki, milli qarşıdakı oyunda yalnız qələbəyə köklənib. Fürsətdən istifadə edərək azarkeşlərimizi stadiona dəvət edirik. Arenamız böyükdür. Təbii ki, belə stadionda 30-35 min azarkeş çox görünmür. Bizə də lazımdır ki, rəqib komanda meydançaya daxil olanda qorxu hiss yaransın, onlara təzyiq olsun. Komandamız da azarkeşlərin önündə, onların dəstəyi sayəsində daha da inamlı oyun göstərəcək.
AFFA rəhbərliyi milli komanda üzvləri ilə meydançada görüşdü. Nə danışıldı? Nə vəd olundu?
- Seçmə mərhələdən öncə də AFFA prezidenti Rövnəq Abdullayevin, İcraiyyə Komitəsinin bütün üzvlərinin milli ilə görüşü oldu. Bu dəfə də AFFA prezidenti milli komanda ilə görüşdü, uğurlar arzuladı. Bir daha qeyd etdi ki, ilk 3 xalımızı səfərdə qazanmışıq. Evdə ilk oyunda da 3 xalımızı qazanmalıyıq. Bugünkü oyunda elə AFFA rəhbərliyi də, azarkeşlər də 3 xal gözləyir. Burada da deməliyəm ki, niyə də yox?
Turnir cədvəlində 2-ci pillədəyik. Bunu davam etdirmək mümkün olacaq?
- Mümkündür. Üç xalımızı qazansaq, digər oyunda da münasib nəticə olsa.
Millimiz qrup lideri olmaq üçün Almaniya Çexiyaya uduzmalıdır...
- (gülür) Bunu çətindir demək. Almaniya kimi güclü yığmanın qrupda olmağı bir tərəfdən müsbət haldır. Çünki artıq ondan xalı heç kim almayacaq. Bu üzdən qrupda 2-3-cü yer uğrunda mübarizə gedir.
Az azarkeş belə böyük stadionda yaxşı görüntü yaratmayacaq. Olmazmı ki, növbəti ev oyununu Tofiq Bəhramov adına Respublia stadionunda keçirək?
- Oyunu həmin stadionda da böyük məmnuniyyətlə keçirə bilərdik. Məsələ burasındadır ki, Bakı Olimpiya Stadionunu 2020-ci ilə kimi yoxlamalıyıq. Burada nə qədər çox oyun keçirsək, bir o qədər yaxşıdır. Bu, artıq UEFA-nın tövsiyəsidir. Onlar da iş prosesində bu stadionu öyrənməlidir. Onu da qeyd edək ki, "Tofiq Bəhramov"un meydançasında problem olduğuna görə matç keçirməyimiz nəzərdə tutulmamışdı. Mövsümdən öncə bilirdik ki, "Qarabağ" həmin stadionda oynayır. Ona görə də Respublika stadionunu qeydiyyatdan keçirməmişdik.
Mətbuatda belə xəbər yayılıb ki, FİFA prezidenti Canni İnfantino sizə vəzifə təklif etsə də, bundan imtina etmisiniz. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Bu, şəxsi məsələdir. İcazə versəydiniz, bunu açıqlamazdım.
Real məsələdir demək...
- (gülür) Bir az şəxsidir, ona görə demək istəmirəm.
San Marino ilə oyuna mükafat verilməmişdi. Yəqin ki, Norveçlə oyunda qələbəyə görə böyük mükafat nəzərdə tutulub...
- Bizdə bir sistem var və mükafatın verilməsi bu istiqamətdə gedir. Sistemə görə, komanda 3 xala görə təbii ki, mükafat alır. Dəyişik mükafat ala bilər. Lakin seçmə mərhələdə "play-off"a və ya birbaşa final mərhələsinə çıxarsa, mükafatın üzərinə əlavə mükafat gəlir. Belə bir sistem yaratmışıq və onunla da gedirik. Sizə açıq deyim ki, bugünədək millidə oynayan futbolçular mükafat məsələsini qaldırmayıblar. Lakin AFFA hər zaman nəzərə alır ki, milli komandada oynayan futbolçular assosiasiyadan maaş almırlar. Yalnız gündəlik məvacib alırlar. Ona görə də yaxşı nəticə qzaananda stimullaşdırma amili olmalıdır.
Milli komanda ot örtüyünün vəziyyətinə görə məşqin yerini dəyişdi. Bu, qanınızı qaraltdımı?
- Yox. Əslində, məşqdən qabaq UEFA nümayəndəsi ilə bu məsələni müzakirə edirdik. Dəyişiklik normal haldır, bəzən olur. UEFA nümayəndəsinin tövsiyəsini nəzərə alaraq yeri dəyişdiririk. Biz də əsas meydançada məşq edə bilərdik. Norveç yığması girişdən solda çox məşq etdiyindən ora yüklənib. Digər tərəf boş idi. UEFA nümayəndəsi bildirdi ki, istəyirsiniz, o tərəfi seçin. Bizim gözəl meydançalarımız var və infrastrukturu qoruyuruq. Ona görə ehtiyat meydançaya keçdik.
Sabah elə vəziyyət yarana bilər ki, ot örtüyü daha da bərbad vəziyyətə düşsün?
- Yox, belə şey olmaz.
Azarkeş azlığının səbəbini nədə görürsünüz? Oyunun vaxtı münasibdir, biletlər bir neçə həftədir satılır...
- Həftə sonudur, biletlərin qiymətləri ucuzdur. Şənbə günüdür, vaxt da yaxşıdır. Azarkeşlərin də milli komandanı dəstəkləməsi lazımdır.
Rəqibin də fərqi var...
- Ola bilər. Biz də təhlil aparırıq. Sabah Almaniya, yaxud İtaliya kimi yığmalara qarşı oynasaydıq, artıq biletlər satılmışdı. Yadınızdadırsa, ötən seçmə mərhələdə İtaliya ilə oyuna dəvətnamələrlə birgə 51 min bilet çap olunmuşdu, hamısı satılmışdı. Təbii ki, rəqibdən də çox şey asılıdır. Bu, faktdır. Azarkeşlər rəqibi nəzərə alaraq stadiona gəlirlər. Məşhur olmayan yığmalarla oyuna az maraq var. Ancaq istərdik ki, 70 faiz azarkeşlər stadiona gəlib millini dəstəkləsinlər. Daha yaxşı olardı ki, fanatlarımızın milli komandaya marağı çox olardı. Ancaq bu, o demək deyil ki, azarkeşlərin stadiona çox gəlməsi üçün milli komanda hər oyunda qalib gəlməlidir. Bu, futboldur. Həmin Almaniya, İtaliya da bəzən uduzur. Bu, o demək deyil ki, onların azarkeşləri oyunlara gəlmirlər. Mən müqayisə etmirəm. Onlar böyük, inkişaf etmiş futbol ölkələri olduğundan qətiyyən müqayisə aparmaq istəmirəm. Lakin digər ölkələrdə də görürük ki, azarkeşlər rəqiblərə görə oyunlara gəlirlər.
Bir neçə gün öncə Londonda FİFA-nın mükafatını aldınız. Bu münasibətlə sizi təbrik edirik...
- Çox sağ olun. Təbii ki, çox sevindim. Böyük bir sürpriz oldu. İyul ayında rəsmi məktub gəlmişdi ki, bu nominasiyada varam. Sözün düzü, çox nikbin deyildim. Çünki rəqiblərim güclü həmkarlarım idi. Lakin sonda çox sevindim ki, bu tədbirdə Azərbaycanın adı çəkildi. Təbii ki, bu mükafat tək mənim deyil, AFFA-nın hər bir əməkdaşının uğurudur.
Bu mükafatdan sonra FİFA-ya qapı açıldı. Olmazmı ki, AFFA-dan çıxıb daha yüksək qurumda çalışasınız? Bəlkə təklif gəlib, ancaq imtina etmisiniz...
- Mən demədim ki, imtina etmişəm. Sadəcə, bu haqda danışmaq istəmədiyim üçün söyləmədim. Mənim cavabım manipulyasiya kimi qəbul oluna bilər. Ona görə də şəxsi məsələni müzakirə etmək istəməzdim.
Gələcəkdə ola bilər ki, təklifi qəbul edəsiniz?
- Həyatdır, ola bilər.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ermənilərin Ağdamı atəşə tutdu - Evi alov bürüdü

26 İyun 2017 11:17

"Xalq artisti süni tənəffüs aparatına qoşulub" - Ölüm xəbəri yalandır

26 İyun 2017 11:14

Tarkanın Bakı səfəri ilə bağlı sirli MƏQAM ÜZƏ ÇIXDI: sən demə... - FOTO

26 İyun 2017 11:13

Xərçəng xəstəsi özünü öldürdü

26 İyun 2017 11:12

Belarus Rusiyadan "İsgəndər" raket-zenit kompleksləri ala bilər

26 İyun 2017 11:12

​Türkiyədə zəlzələ baş verib

26 İyun 2017 11:06

Ermənilər bayram günü də sakit durmadı

26 İyun 2017 11:03

Biləsuvarda gənc qadın dərmandan zəhərlənib

26 İyun 2017 11:02

Qızıl ucuzlaşdı

26 İyun 2017 10:54

6 illik ərini gənc biznesmenə dəyişən Tuba Büyüküstün bu vəziyyətdə GÖRÜNTÜLƏNDİ - FOTO

26 İyun 2017 10:53

Şəkidə 17 yaşlı oğlan qəflətən öldü

26 İyun 2017 10:52

DİM: 16 nəfər qaydaları pozduğu üçün imtahanlardan xaric edilib

26 İyun 2017 10:52

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26 İyun 2017 10:50

Avropa İnvestisiya Bankı TAP və TANAP layihələrini maliyyələşdirə bilər (ÖZƏL)

26 İyun 2017 10:43

Güclü yanğın: 2 min nəfər təxliyə edildi

26 İyun 2017 10:43

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26 İyun 2017 10:43

Dünya maliyyə bazarları bu həftə Mərkəzi Bankların açıqlamalarını izləyəcək

26 İyun 2017 10:42

Afrikalı 10 yaşlı azərbaycanlı qızı zorladı - Azərbaycanlılarla afrikalılar arasında toqquşma

26 İyun 2017 10:42

Gəzinti gəmisi batdı: 25 turist həlak oldu, 28 nəfər itkin düşdü - VİDEO - FOTO

26 İyun 2017 10:32

QMİ sədri:

26 İyun 2017 10:30

Transfer rekordu qırılır

26 İyun 2017 10:27

Həbsxanadan qaçmışdı, 32 ildən sonra ələ keçdi

26 İyun 2017 10:18

ABŞ-ın maliyyə naziri aktrisa ilə evləndi - FOTO

26 İyun 2017 10:12

Formula 1: Azərbaycan Qran Prisində rekord təzələnib

26 İyun 2017 10:12

Xalq artisti vəfat etdi

26 İyun 2017 10:12

Düşmən atəşkəs rejimini 155 dəfə pozdu

26 İyun 2017 10:09

Azərbaycanda Xalq artisti VƏFAT ETDİ

26 İyun 2017 10:08

Hansı müğənnilərin banka borcu var?

26 İyun 2017 09:59

Cəbhədə GƏRGİN GECƏ

26 İyun 2017 09:58

Ermənilər atəşkəsi 155 dəfə pozdu

26 İyun 2017 09:58

Cəbhədən yeni XƏBƏR

26 İyun 2017 09:57

"Fənərbaxça"dan transfer açıqlaması

26 İyun 2017 09:57

“Bəzi dövlətlər bizim daxili işimizə qarışır” - Şeyxülislam

26 İyun 2017 09:54

Qazaxıstanda Rauf Hacıyevin "Qafqaz əsiri" operettasının premyerası keçirilib

26 İyun 2017 09:52

Allahşükür Paşazadə: Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi

26 İyun 2017 09:50

QMİ sədri: Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər

26 İyun 2017 09:50

ABŞ-da aktiv neft quyularının sayı daha 11 ədəd artıb

26 İyun 2017 09:47

Almeyda və Kintana "Qarabağ"dan ayrı düşdü

26 İyun 2017 09:47

Bayram namazı qılındı

26 İyun 2017 09:44

Merayya Keri məşhur jurnalisti Bakıda pərt etdi - FOTO

26 İyun 2017 09:42

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 155 dəfə pozub

26 İyun 2017 09:37

Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınıb

26 İyun 2017 09:32

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür

26 İyun 2017 09:29

Bayram namazı qılındı

26 İyun 2017 09:27

Ramazan münasibətilə bayram namazı qılınıb

26 İyun 2017 09:24

Yaponiya Qətərə görə xahiş etdi

26 İyun 2017 09:23

Rusiyada meşələr yanır

26 İyun 2017 09:17

Tarkan üçün soyunan qızlar, rəisin kabinetindəki Nigar Camal, Səmədin "kürləməyi" - HƏFTƏBECƏR

26 İyun 2017 09:17

"Allah onun cəzasını versin..."

26 İyun 2017 09:17

Monqollar bu gün prezident seçir

26 İyun 2017 09:11