FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri, Kosta-Rika Futbol Federasiyasının eks-prezidenti Eduardo Li 1 milyon dollar məbləğində rüşvət aldığını etiraf edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, E.Li futbol matçlarının yayımı və marketinq hüquqlarının satışı zamanı korrupsiya yol verməkdə günahlandırılır.
2015-ci ildə saxlanılan Eduardo Li ABŞ-a ekstradisiya edilib.
Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş vermiş, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.
Milli.Az