8 OKTYABR

8 OKTYABR
09:43 8 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

1991-ci il. Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası çağırılıb. Ölkə ictimaiyyətinin və müxalifətin təkidi ilə keçirilən sessiyanın gündəliyinə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi barədə məsələ salınıb. Sessiya qızğın müzakirələrdən sonra Konstitusiyaya dəyişikliklər edilməsini deyil, müstəqillik haqqında ayrıca Konstitusiya qanununun (Konstitusiya Aktı) qəbul olunmasını qərara alınıb. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı oktyabrın 18-də qəbul edilib. Bu tarix Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur.

1821–ci il. Rusiya çarı I Aleksandr Cənubi Qafqazda güzəştli ticarət tarifinin tətbiq edilməsi barədə fərman verib. Fərmana əsasən, bölgəyə gətirilən xarici malların yarısı (50 faizi) gömrük rüsumundan azad olunub. Cənubi Qafqazın böyük hissəsini (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) ələ keçirmiş çar Rusiyası bu qərarla ərazidə xarici ticarət (tranzit) imkanlarını genişləndirmək, əcnəbi tacirlərin bölgəyə gəlişini təşviq etmək məqsədi güdürdü.

1912-ci il. Osmanlı İmperiyası və Balkan dövlətləri arasında Balkan müharibəsi (1912-1913) başlayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qirmizi/171393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR