Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Binəqədidə qətl törədən şəxs apellyasiya şikayəti verib

Binəqədidə qətl törədən şəxs apellyasiya şikayəti verib

Bakıda məscidi partlatmaq istəyən terrorçudan XƏBƏR VAR (18 Mart 2017 10:22)
Arvadını stəkanla öldürən şəxsin şikayəti təmin edilməyib (15 Mart 2017 21:52)
Arvadını stəkanla öldürən şəxsin şikayəti təmin edilmədi (15 Mart 2017 21:39)

Tarix: 8 Oktyabr 2016 09:47

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur Manafov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.
İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, cinayət hadisəsi 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri Sərxan Mahmudov və Z.Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəstəxanaya yerləşdirilən yaralılardan S.Mahmudov orada dünyasını dəyişib. Daha sonra Z.Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Teqlər:  Binəqədidə qətl törədən şəxs apellyasiya şikayəti verib



RƏYLƏR


Top xəbərlər