Ləman Ələşrəfqızıya yeni vəzifə

Ləman Ələşrəfqızıya yeni vəzifə
10:05 8 Oktyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

ANS telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızı yeni işə başlayıb. 

Musavat.com-un əldə etdiyi məlumata görə, tanınmış jurnalist "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi təyin edilib. 

Ləman Ələşrəfqızı ANS telekanalını televiziyanın fəaliyyəti dayandırılmazdan təxminən bir ay əvvəl - bu il iyunun 16-da qalmaqalla tərk edib. 

Azərbaycan prezidenti İlham Əliyev bu il mayın 5-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. "Azərxalça" ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Səhmləri dövlətə məxsus olan ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR