Apreldə Qarabağ vədi verən böyük güclər indi hardadır?

Apreldə Qarabağ vədi verən böyük güclər indi hardadır?
10:27 8 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dünyada bir sıra hadisələr baş verir və müxtəlif münaqişələr gedir. Ancaq bu, heç də o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş  vəziyyətdə qalacaq və onun taleyi digər münaqişələrdən asılı olacaq".

Milli.Az bildirir kİ, bunu axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Dördgünlük savaşdakı uğurlarımızın davamına imkan verməyən böyük güclərin vədlərinə əməl etməmələrinin səbəbləri barədə danışarkən deyib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin dəyişdiyini deyən politoloq bunu Rusiya və Qərb arasında artan qarşıdurma ilə əlaqələndirib:
 
"Suriya amili Rusiya və ABŞ-ı bir-birinə qarşı o qədər qabarıq şəkildə vuruşdurur ki, artıq digər məsələlər arxa plana keçib. Dünyada bir sıra hadisələr baş verir və müxtəlif münaqişələr gedir. Ancaq bu, heç də o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş vəziyyətdə qalacaq və onun taleyi digər münaqişələrdən asılı olacaq".
 
Politoloq Qarabağ münaqişəsinin tənizmlənməsini əngəlləyən faktorların olduğunu bildirib:
 
"Birincisi, Rusiya-Qərb qarşıdurmasıdır. Xüsusilə də ABŞ Qarabağ məsələsi ilə ciddi məşğul olmur. Görünür, hazırkı Amerika administrasiyası bu məsələdə məsuliyyəti təkbaşına bölüşmək istəmir. İkincisi, ortada ciddi təkliflərin olmamasıdır. Əks təqdirdə, Azərbaycan buna hazır olardı. Düşünürəm ki, artıq konstruktiv təkliflərin vaxtı çoxdan çatıb. Üçüncüsü, aparıcı dövlətlərin Ermənistanın nazı ilə oynamasıdır".
 
F.Sadıqovun sözlərinə görə, son baş verən proseslər Qarabağ məsələsini ört-basdır etməyə hesablanıb:
 
"Belə bir çətin prosesdə aktivliyimizi itirməmliyik. Çox güman ki, bundan sonra görüş naminə görüşlər olmayacaq, artıq müəyyən təkliflər masaya yatırılmalıdır. Əgər başqa bir məqamla rastlaşsaq, Azərbaycan öz hərbi potensialını yenidən, ancaq bu dəfə daha güclü şəkildə nümayiş etdirəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/477309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR