Bu azərbaycanlı məşhurların adları kriminal aləmlə yanaşı çəkilir - FOTO

Bu azərbaycanlı məşhurların adları kriminal aləmlə yanaşı çəkilir - FOTO
10:37 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Son vaxtlar şou-biznes nümayəndələrinin kriminal aləmlə olan bağlılıqları üzə çıxmaqdadır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu günlərdə müğənni Mətanət İskəndərlinin adı ikinci dəfə "MTN işi"ndə hallandı.

Müğənninin keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində dindiriləcəyi də ehtimal olunurdu.

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev onu "MTN agenti" olmaqda suçlayaraq, qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia etmişdi.

Xatırladaq ki, bundan öncə də ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında dəfələrlə müğənni Mətanət İsgəndərlinin adını çəkib.

Mətbuata göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir Abdullayev Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.

"MTN işi" və bu kimi kriminal əməllərdə adları hallanan digər məşhur şou-biznes nümayəndələri də var ki, onlardan bir neçəsini təqdim edirik.

Müğənni Mətanət İskəndərli hələ ki, Akif Çovdarovun məhkəməsində dindirilməsə də, müğənni Manaf Ağayev məhkəmədə iştirak edib. Belə ki, bu günlərdə müğənni Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesinə çağırılıb. Onun növbəti proseslərdə şahid kimi ifadə verəcəyi bildirilib.

Müğənni bununla bağlı musavat.com-a açıqlamasında bildirib ki, onun Akif Çovdarovla heç bir əlaqəsi olmayıb:

"Gülağa Tənha ilə İlham Qasımovun məhkəməsi oldu. Biz də gedib, dost kimi iştirak edirik. Orada sökülən evlər də var. Biz də bir-birimizlə maraqlanmaq üçün toplanırıq".

"MTN qalmaqalı"nda müğənni Şəbnəm Əsədovanın (Şəbnəm Tovuzlu) da adı hallanır. Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, o, zamanında Akif Çovdarovun qurbanlarından biri olub. Müğənni qadın alveri ittihamı ilə MTN-ə aparılıb.

Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində də çoxlu sayda müğənnilərin adları hallanırdı. Hacı Məmmədovun şou-biznes nümayəndələri ilə yaxşı münasibətdə olması, tez-tez özünə məxsus "Qarabulaq" restoranında müğənnilər üçün xüsusi qonaqlıqlar verməsi artıq hər kəsə məlumdur.

Onunla birgə fotosunun olması müğənni Eyyub Yaqubovun da bu "dost" siyahısına düşməsinə səbəb olmuşdu. Belə ki, Hacı Məmmədovun həbsindən sonra müğənninin onunla olan fotosu mətbuatda yayılaraq, müzakirələrə yol açmışdı. Lakin müğənni bununla bağlı açıqlama verməkdən yayınmışdı.

Hacı Məmmədovla adı hallanan digər müğənni isə Manana Çaparidzedir. Onun 2006-cı ildə Hacı Məmmədovla "Qarabulaq" istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı. İddialara görə, H.Məmmədov M.Caparidzeyə "Mercedes" markalı avtomobil hədiyyə edib.

M.Caparidze həmin vaxt Hacı Məmmədovla olan şəklini belə şərh etmişdi:

"Mən bir il "Qarabulaq" istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər".

Hacı Məmmədovun dostluq etdiyi məşhur müğənnilərdən biri də mərhum İlhamə Quliyeva olub. Müğənni onunla olan dostluq əlaqələrinə belə izah vermişdi:

"Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun "qara işləri"ndən bizim heç birimizin xəbərimiz yox idi. Mən anamı "Qarabulağ"a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi "Qarabulağ"ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki? Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib, dedim ki, ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim".

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yeni sevgili tapan Ebruya keçmiş ərindən xəbərdarlıq: "2 uşaq anası olduğunu unutma" - VİDEO

24 İyul 2017 10:47

Ərdoğan Küveytə səfər etdi

24 İyul 2017 10:46

Tramp düşmənlərinin canına QORXU SALDI: Dünyaya 100 000 tonluq mesaj - FOTO

24 İyul 2017 10:43

Bakıda ərəb turist icarəyə götürdüyü lüks avtomobili bu vəziyyətdə qaytardı - VİDEO

24 İyul 2017 10:42

"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı - FOTO

24 İyul 2017 10:42

Erməni təxribatının qarşısı alınıb, düşmənin atəş nöqtələri susdurulub

24 İyul 2017 10:42

Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edəcək

24 İyul 2017 10:39

Erməni təxribatının qarşısı alındı: düşmənin atəş nöqtələri susduruldu

24 İyul 2017 10:37

Azərbaycanda bank rəhbərliyində yeni təyinat

24 İyul 2017 10:37

Kosmik hotel layihəsi təqdim olunub

24 İyul 2017 10:35

Məşhur qadınların bədən ölçüləri: 90-60-90 olan kimdir?

24 İyul 2017 10:35

"Ermənistan öz təxribatına bəraət qazandırmaq istəyir" - NAZİRLİK

24 İyul 2017 10:34

Ermənistanda PARTLAYIŞ: yaralanan var

24 İyul 2017 10:32

Azərbaycan Kiyevdə keçirilən beynəlxalq aviasiya toplatısında iştirak edib

24 İyul 2017 10:32

Bərdədə kişi arvadını və övladlarını yatan yerdə çəkiclə vurub, onlardan biri ölüb

24 İyul 2017 10:32

Müdafiə Nazirliyindən Ermənistana SƏRT REAKSİYA

24 İyul 2017 10:28

Erməni hərbçiləri yaşayış məntəqələrindəki mülki obyektlərə ziyan vurub

24 İyul 2017 10:27

Şəbnəm Tovuzlu yol qaydalarını mahnı oxuya-oxuya pozdu - VİDEO

24 İyul 2017 10:27

Bakı çimərliklərində dəhşətli gün: 3 NƏFƏR ÖLDÜ

24 İyul 2017 10:24

“Azər-Türk Bank”ın Audit Komitəsinə yeni sədr təyin edilib

24 İyul 2017 10:22

Qəbul imtahanında iştirak edə bilməyənlər üçün yeni tarix müəyyənləşdirilib

24 İyul 2017 10:19

Toyunda 4 gəlinlik dəyişən Natavan Həbibi: “Mən sizə salam verəndə...”

24 İyul 2017 10:18

Sevgilisi ilə öpüş görüntüləri yayılan Dənizdən intim əlaqə etirafı - VİDEO

24 İyul 2017 10:17

"Azər-Türk Bank"ın məcmu kapitalının adekvatlığı 40%-i ötüb

24 İyul 2017 10:17

Arda Turan yenidən Super Liqada? - İDDİA

24 İyul 2017 10:17

Dindarlara şad xəbər - "Şəhidlər" məscidinin fəaliyyəti bərpa edildi

24 İyul 2017 10:17

Dünyaca tanınmış “Adizes” İnstitutu “Gilan Holding” əməkdaşları üçün master-klass keçirib

24 İyul 2017 10:14

Yanğına görə imtahan verə bilməyən abituriyentlərə XƏBƏRDARLIQ

24 İyul 2017 10:13

Azərbaycan neftinin qiymətində DƏYİŞİKLİK

24 İyul 2017 10:12

Paytaxtda film kimi qəza - 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu - FOTO

24 İyul 2017 10:12

Düşmən atəşkəsi 155 dəfə pozub

24 İyul 2017 10:11

Bakıda yaşayış binasında yanğın başlayıb

24 İyul 2017 10:07

Bakı sakini intihar etdi

24 İyul 2017 10:05

Natavan gəlinliyini tənqid edənlərin cavabını verdi

24 İyul 2017 10:05

“Qarabağ”ın dördüncü cəhdi

24 İyul 2017 10:04

Bütün arzularınızın gerçək olmasını istəyirsinizsə, BU RƏSMƏ BAXIN – FOTO

24 İyul 2017 10:03

DİM: Yanğınla əlaqədar imtahanı təxirə salınmış abituriyentlərə güzəşt olmayacaq

24 İyul 2017 10:02

DYP və ETSN “Təmiz hava” aylığı keçirəcək

24 İyul 2017 10:02

65 yaşlı kişi özünü belə öldürdü - BAKIDA

24 İyul 2017 09:59

Bakıda yeni dələduzlar peyda olub

24 İyul 2017 09:59

“Sumqayıt” Türkiyədə darmadağın edildi

24 İyul 2017 09:57

“Qəbələ” Yunanıstanda məşq edir

24 İyul 2017 09:57

Azərbaycan nefti ucuzlaşıb

24 İyul 2017 09:57

Nazarov oynadı, komandası türklərlə bacarmadı

24 İyul 2017 09:57

Azərbaycan İrana nota göndərib

24 İyul 2017 09:52

Məşhur aparıcı: “10 il sekslə məşğul olmasam da, olar” - FOTO

24 İyul 2017 09:48

Ermənilər cəbhədə gərginliyi artırdı

24 İyul 2017 09:47

Bakıda yaşayış BİNASI YANIR

24 İyul 2017 09:43

Manatın MƏZƏNNƏSİ

24 İyul 2017 09:42

Bakıda bina yanır - FOTO

24 İyul 2017 09:42