Aktrisa Serenay Sarıkaya geyim alış-verişi edərkən görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "İkimizin yerine" adlı filmin qala-gecəsinə hazırlaşır. Oktyabrın 21-də qırmızı xalça üzərində görünəcək aktrisa çox həyəcanlı olduğunu deyib:
"Bu, mənim ilk filmimdir. Həyatımın ən önəmli anıdır. Heç bir şeyin əskik olmasını istəmirəm".
Qeyd edək, S.Sarıkaya oktyabrın 26-da filmdəki tərəf müqabili Nejat İşlerlə təqdimat üçün Bakıya da gələcək.