Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saakaşvili: “Seçkidən sonra Gürcüstana qayıdacam”

Saakaşvili: “Seçkidən sonra Gürcüstana qayıdacam”

Date: 8 October 2016 11:08

“Seçkidən sonra mən şəxsi hesabıma məzuniyyət götürəcəm və vətənimə gedərək proseslərdə yaxından iştirak edəcəm”.

Publika.az
xəbər verir ki, bu barədə hazırda Odessanın qubernatoru olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

Lakin o, Ukraynanı tərk etmək niyyətində olmadığını da qeyd edib.

“Mən turist deyiləm. Burada döyüş səhnəsini tərk etmək fikrində deyiləm. Sadəcə olaraq, seçkidən sonra Gürcüstana baş çəkmək fikrim var”, - deyə o, bildirib.

Saakaşvili Gürcüstanda ona heç kimin toxunmayacağını hesab edir: “Çünki bütün polis, silahlı qüvvələr bizim tərəfimizdədir, yəni dövlətçiliyin və qanuniliyin tərəfindədirlər”.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

Asif


Tags:  Saakaşvili Seçkidən sonra Gürcüstana qayıdacam

RƏYLƏR


Top news