Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən sonra bir neçə türk diplomat Almaniyadan sığınacaq istəyib.
Milli.Az azvision.az-a istinadən bildirir ki, üç diplomat rəsmi Berlindən sığınacaq istəyib. Sığınacaq istəyənlər arasında diplomatik nümayəndəliyin hərbi attaşesi də var.
Məlumatda vurğulanır ki, hərbi çevriliş cəhdindən sonra Türkiyə XİN daha əvvəl Almaniyada işləyən 8 diplomatın diplomatik immunitetini ləğv edib.
Bu diplomatlar Fətullah Gülən hərəkatına yardım etməkdə ittiham olunublar.
Milli.Az