Adları kriminal aləmlə yanaşı çəkilən məşhurlar - FOTO

Adları kriminal aləmlə yanaşı çəkilən məşhurlar - FOTO
11:38 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Salyanda kriminal avtoritet tutuldu - FOTO (15 Aprel 2017 11:27)
Salyanda kriminal avtoritet tutuldu - FOTO (15 Aprel 2017 11:08)
Azərbaycanda kriminal avtoritet tutuldu - FOTO (15 Aprel 2017 10:59)

Son vaxtlar şou-biznes nümayəndələrinin kriminal aləmlə olan bağlılıqları üzə çıxmaqdadır.

Bu günlərdə müğənni Mətanət İskəndərlinin adı ikinci dəfə "MTN işi"ndə hallandı.

Müğənninin keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində dindiriləcəyi də ehtimal olunurdu.

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev onu "MTN agenti" olmaqda suçlayaraq, qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia etmişdi.

Xatırladaq ki, bundan öncə də ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında dəfələrlə müğənni Mətanət İsgəndərlinin adını çəkib.

Mətbuata göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir Abdullayev Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.

"MTN işi" və bu kimi kriminal əməllərdə adları hallanan digər məşhur şou-biznes nümayəndələri də var ki, onlardan bir neçəsini təqdim edirik.

Müğənni Mətanət İskəndərli hələ ki, Akif Çovdarovun məhkəməsində dindirilməsə də, müğənni Manaf Ağayev məhkəmədə iştirak edib. Belə ki, bu günlərdə müğənni Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesinə çağırılıb. Onun növbəti proseslərdə şahid kimi ifadə verəcəyi bildirilib.

Müğənni bununla bağlı musavat.com-a açıqlamasında bildirib ki, onun Akif Çovdarovla heç bir əlaqəsi olmayıb:

"Gülağa Tənha ilə İlham Qasımovun məhkəməsi oldu. Biz də gedib, dost kimi iştirak edirik. Orada sökülən evlər də var. Biz də bir-birimizlə maraqlanmaq üçün toplanırıq".

"MTN qalmaqalı"nda müğənni Şəbnəm Əsədovanın (Şəbnəm Tovuzlu) da adı hallanır. Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, o, zamanında Akif Çovdarovun qurbanlarından biri olub. Müğənni qadın alveri ittihamı ilə MTN-ə aparılıb.

Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində də çoxlu sayda müğənnilərin adları hallanırdı. Hacı Məmmədovun şou-biznes nümayəndələri ilə yaxşı münasibətdə olması, tez-tez özünə məxsus "Qarabulaq" restoranında müğənnilər üçün xüsusi qonaqlıqlar verməsi artıq hər kəsə məlumdur.

Onunla birgə fotosunun olması müğənni Eyyub Yaqubovun da bu "dost" siyahısına düşməsinə səbəb olmuşdu.

Belə ki, Hacı Məmmədovun həbsindən sonra müğənninin onunla olan fotosu mətbuatda yayılaraq, müzakirələrə yol açmışdı. Lakin müğənni bununla bağlı açıqlama verməkdən yayınmışdı.

Hacı Məmmədovla adı hallanan digər müğənni isə Manana Çaparidzedir. Onun 2006-cı ildə Hacı Məmmədovla "Qarabulaq" istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı. İddialara görə, H.Məmmədov M.Caparidzeyə "Mercedes" markalı avtomobil hədiyyə edib.

M.Caparidze həmin vaxt Hacı Məmmədovla olan şəklini belə şərh etmişdi:

"Mən bir il "Qarabulaq" istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər".

Hacı Məmmədovun dostluq etdiyi məşhur müğənnilərdən biri də mərhum İlhamə Quliyeva olub. Müğənni onunla olan dostluq əlaqələrinə belə izah vermişdi:

"Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun "qara işləri"ndən bizim heç birimizin xəbərimiz yox idi. Mən anamı "Qarabulağ"a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi "Qarabulağ"ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki? Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib, dedim ki, ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim". (musavat)

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Reks Tillerson İranı ABŞ üçün ciddi təhlükə adlandırıb

28 Aprel 2017 03:02

Lavrov-Tillerson görüşü baş tuta bilər

28 Aprel 2017 02:49

Suriya ordusu Palmira yaxınlığındakı iri qaz yatağını azad edib

28 Aprel 2017 02:42

ŞOK QƏRAR: Antalyada alkoqollu içkilər qadağan edilir

28 Aprel 2017 02:39

Mançester derbisində qalib müəyyənləşmədi

28 Aprel 2017 02:31

Narkomafiya lideri tutuldu

28 Aprel 2017 02:19

"Mançester Siti" və "Mançester Yunayted" İngiltərə çempionatında heç-heçə edib

28 Aprel 2017 02:17

Ağacda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

28 Aprel 2017 02:04

Uşaqda fərasətə bax:

28 Aprel 2017 01:55

Fransada 300-dən çox şagird zəhərləndi

28 Aprel 2017 01:49

Rusiyanın problemi var: rus dili müəllimləri çatışmır

28 Aprel 2017 01:43

Makedoniya parlamentinin deputatları binadan təxliyə olunur

28 Aprel 2017 01:27

Shamkir Chess 2017:

28 Aprel 2017 01:27

Makedoniya parlamentinə basqın: müxalifət lideri döyüldü

28 Aprel 2017 01:09

Meksika polisi "xaç atası"nı həbs etdi

28 Aprel 2017 01:08

Berlində həyəcanlı dəqiqələr:

28 Aprel 2017 00:58

Gözəlliklə incəsənətin inanılmaz vəhdəti - Dəyişkən ruhlu qadınlar - FOTOLAR

28 Aprel 2017 00:53

Şahmatçılar futbol oynadılar -

28 Aprel 2017 00:45

Türkiyə-Suriya sərhədində insident olub

28 Aprel 2017 00:29

İsrail Suriyadan gələn təyyarəni vurdu

28 Aprel 2017 00:26

Makedoniyada etirazçılar parlament binasına daxil olublar

28 Aprel 2017 00:22

ABŞ-dan Türkiyəyə xəbərdarlıq

28 Aprel 2017 00:18

Vaşinqton: Türkiyə zərbələri ilə ABŞ hərbçiləri üçün təhlükə yaradıb

28 Aprel 2017 00:14

Astroloji proqnoz - 28 aprel

28 Aprel 2017 00:08

İŞİD-dən ABŞ-a zərbə:

27 Aprel 2017 23:55

Dövlət Departamenti: Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub

27 Aprel 2017 23:52

Referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 23:43

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 23:39

Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini təsdiq edib

27 Aprel 2017 23:37

"Kara Sevda"nın Nihanı sevgisini dodağına yazdırdı

27 Aprel 2017 23:37

"Yadplanetli" həbs olundu

27 Aprel 2017 23:34

Gənc qızın qorxunc taleyi

27 Aprel 2017 23:30

Qəbələdə su festivalı keçirildi - FOTOLAR

27 Aprel 2017 23:28

Şəhriyar Məmmədyarov Vladimir Kramniki qara fiqurlarla məğlub edib

27 Aprel 2017 23:22

"Turan Tovuz"a çempionluq kuboku təqdim olundu -

27 Aprel 2017 23:22

Fransada bir ailə lotoreyada 83 milyondan çox pul udub

27 Aprel 2017 23:17

İsrail Suriyadan gələn təyyarəni vurdu

27 Aprel 2017 23:14

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 23:13

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 22:59

Bu müsəlman ölkəsində fahişəlik qanunidir - 12 yaşli qizlar… - ŞOK FAKTLAR - FOTOLAR

27 Aprel 2017 22:58

Mariya Zaxarova azərbaycanlı jurnalistləri təhqir etdi –

27 Aprel 2017 22:58

Mariya Zaxarovadan Azərbaycan jurnalistlərinə qarşı qeyri-adekvat davranış

27 Aprel 2017 22:54

2 yaşından siqaret çəkən uşağın indiki halı hər kəsi təəccübləndirdi - FOTO

27 Aprel 2017 22:38

Bakıda ruhi əsəb dispanserində iki xəstə ölüb

27 Aprel 2017 22:37

Türkiyədə referendumun nəticələri təsdiqləndi -

27 Aprel 2017 22:37

Türkiyədə referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 22:34

Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib

27 Aprel 2017 22:27

Tvitter xəstəliyi, “sındırılan” prezident və xalq düşmənləri - Trampın YÜZ GÜNÜ

27 Aprel 2017 22:23

Serj Sarkisyandan müharibə mesajı:

27 Aprel 2017 22:17

“Su festivalı” Qəbələdə

27 Aprel 2017 22:14