Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyevin bacanağına HÖKM OXUNDU 7 İL

Cahangir Hacıyevin bacanağına HÖKM OXUNDU 7 İL

Date: 8 October 2016 11:39

“Beynəlxalq Bank”ın sabiq İdarə Heyətinin sədri Cahangirin Hacıyevin mənimsəmədə təqsirləndirilən bacanağı İsmayıl Hidayətzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə 7 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki,. “Beynəlxalq Bank”la başlanan cinayət işi çərçivəsində İsmayıl Hidayətzadə həbs edilib. İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-nin 179 .3.2( külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İsmayıl Hidayətzadə  “İntertabakko” MMC-ə rəhbərlik edib. Bu MMC qeyri-rəsmi Cahangir Hacıyevə məxsus olub.

 

 

İsmayıl Hidayətzadə barəsində olan hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

 

 


Tags:  Cahangir Hacıyevin bacanağına HÖKM OXUNDU İL


RƏYLƏR


Top news